Mühasib

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 16 fevral 2026

Son Tarix: 10 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin (hesab-faktura, e-qaimə, aktlar, təhvil-təslim sənədləri, gömrük bəyannamələri və s.) hazırlanması, yoxlanılması və uçotunun aparılması;

  • Əmək haqları, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər işçi xərclərinin hesablanması və uçotu;

  • Bank və kassa əməliyyatlarının icrası, internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;

  • Bank və ƏDV depozit hesablarının uçotunun aparılması və ödənişlərə nəzarət;

  • Vergi, DSMF və Statistika üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;

  • Əsas vəsaitlərin, azqiymətli əşyaların və qeyri-maddi aktivlərin uçotu, amortizasiyanın düzgün hesablanması;

  • Debitor və kreditor borcların, gəlir və xərclərin, mal-material ehtiyatlarının uçotunun aparılması;

  • Pul vəsaitlərinin, əsas vəsaitlərin və mal-material ehtiyatlarının inventarizasiyasının aparılması;

  • Mühasibat balansı, Mənfəət və Zərər Hesabatı (P&L), Pul vəsaitlərinin hərəkəti (Cash Flow) və Kapitalın hərəkəti hesabatlarının hazırlanması və analizi;

  • Dövlət orqanları (Vergi, DSMF, Statistika, gömrük və s.) ilə yazışmaların aparılması və yoxlamalar zamanı tələb olunan sənədlərin təqdim edilməsi;

  • Gömrük bəyannamələrinin hazırlanması və uçotu;

  • İdxal–ixrac əməliyyatları üzrə sənədləşmə, rüsum və vergilərin düzgün hesablanması.

  • Kompüter bilikləri: Microsoft Office (Excel – yüksək səviyyədə), 1C (Mühasibatlıq, Vergi hesabatları, BTP)

  • Azərbaycan Respublikası Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Mülki və İnzibati qanunvericiliyin yüksək səviyyədə biliyi;

  • Mühasibat balanslarının və maliyyə hesabatlarının tərtib qaydalarını bilmək;

  • Analitik düşünmə, detallara diqqət və məsuliyyət;

  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;

  • Öyrənməyə açıq olmaq;

  • Mühasib vəzifəsində 3-5 il iş təcrübəsi;

Tələblər

  • Yaş-21-25

  • Ali təhsil

  • Diqqətli, məsuliyyətli və operativ olmaq

  • Komanda ilə işləmə bacarığı

  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti

  • Dil bilikləri-Rus,İngilis

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00

  • Əmək haqqı: 700AZN

  • İş yeri: Bakı şəhəri, Şəfayət MehdiyevKüçəsi 273C

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8930

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya