Mühasib
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
İş haqda məlumat:
İş rejimi: Həftədə 5 gün, 09:00–18:00
Əmək haqqı: 800–1000 AZN (nett)
Nahar şirkət tərəfindən təmin olunur
Könüllü tibbi sığorta
Vəzifə tələbləri:
"Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
Vergi Məcəlləsi, Mühasibat uçotu, Nazirlər Kabineti Qərarları və digər müvafiq qanunvericiliklərlə bağlı biliklər;
Müxabirləşmə üzrə biliklər;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
1С proqramında yüksək səviyyədə işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan dili (mütləq), İngilis dili və Rus dili (arzuolunandır)
Sertifikat/vəsiqə/lisenziya: Mühasibatlıq sahəsi üzrə üstünlükdür
Vəzifə öhdəlikləri:
Vergi və əmək qanunvericiliyi ilə bağlı əməliyyatların aparılması
Aylıq ƏDV bəyannaməsinin tərtib edilməsi və təqdim edilməsi
Rüblük vergi bəyannamələrinin tərtib edilməsi və təqdim edilməsi
1C proqramında vergi əməliyyatlarının düzgün müxabirləşməsinə nəzarət
Şəxsi hesab vərəqələrinin izlənməsi və 1C ilə uyğunluğunun təmin edilməsi
Müvafiq vergi bəyannamələrinin (məsələn, ödəmə mənbəyində tutulmalar üzrə) sərbəst təqdim edilməsi
Aylıq, rüblük və illik statistik hesabatların hazırlanması
Debitor və kreditor borclarına nəzarət
Rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların icrası
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Mühasib" qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Baku Hotel Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8536
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə