Mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Mühasib iş zamanı müəssisənin maliyyə əməliyyatlarını qeydiyyata alır, gəlir və xərcləri izləyir, əmək haqqını hesablayır, vergi və maliyyə hesabatlarını hazırlayır, bank ödənişlərini həyata keçirir və qanunvericiliyə uyğun mühasibat uçotu aparır.
Vəzifə öhdəlikləri:
İlkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanması;
Bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks olunmasını təmin edir ;
Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparır;
Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparır;
Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat hesabatlarında əks etdirir;
Bank hesablaşmaları üzrə əməliyyatları aparır;
Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparır;
Tələb olunan hesabat formalarını aydın və dəqiq doldurur;
İşçilərin aylıq əmək haqlarını, icbari ayırmalarını hesablayır;
Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərini hesablayır;
DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işləyir;
Təhtəlhesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarını yoxlanması və müvafiq vergilərin tutulması;
E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarını tərtib edir və göndərir, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib edir;
Departament müdirinin digər əlaqədar tapşırıqlarını yerinə yetirir;
ƏDV, ÖMV, DSMF, Statistika hesabatlarının təqdim edir;
E-customs, E-gov portallarında işləyir.
Tələblər
Ali təhsil (Maliyyə, Biznes, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində)
Mühasibat proqramlarında (1C, MS Office) işləmək bacarığı;
Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
Peşəkar mühasib sertifikatı olmalıdır;
Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır;
Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyəti;
Komanda ilə işləmək bacarığı və vaxtında hesabat vermək məsuliyyəti.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
AZCD Group QSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7463
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə