Mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
1.500 - 2.000 AZN
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 20 yanvar 2026
Təsvir
Nağd pul vəsaitlərin qəbulu, saxlanması, uçotu və təhvili ilə bağlı əməliyyatları onların qorunmasını təmin edən qaydaları riayət edərək həyata keçirmək.
Müəyyən olunmuş nağd ödənişlərin aparılması üçün bank təşkilatlarından pul vəsaitlərini almaq bununla bağlı sənədləşməni aparmaq
Mədaxil və məxaric sənədləri əsasında Xəzinə Kitabını aparmaq.
Xəzinədə qalan pul vəsaitlərin və kassa kitabında qalıq göstəricilərinin uyğunluğunu yoxlamaq
Xəzinə hesabatını tərtib etmək.
Ona təhvil verilmiş pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanılmasına dair bütün müvafiq tədbirləri görmək və nağd pul vəsaitlərin saxlanmasına təhlükə yaradan halların mövcudluğunu aşkar etdikdə, bu barədə Birbaşa Rəhbərə məlumat vermək.
Nağd pul vəsaitlərin saxlanılması, təhvil verilməsi, alması, daşınması və bu vəsaitlərlə bağlı digər əməliyyatlar və pul vəsaitlərin mühafizə tədbirləri barəsində məlumatı üçüncü şəxslərə yaymamaq.
Nağd və nağdsız şəkildə olan bütün pul vəsaitlərinin dövriyyəsini (pulların mədaxili və məxarici) təşkil etmək və ERP sistemində əks etdirmək
Aylıq/rüblük/illik pul axının hesabatını hazırlamaq
Aylıq/rüblük/illik kreditlər üzrə borcların və faizlərin hesabatını hazırlamaq
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
Əlavə məlumat:İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 26 - 40
Cins : Qadın
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi
Maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər
Maliyyə qanunları və qaydaları
Maliyyə səmərəliliyi göstəricilərini (məsələn: müqayisəli maliyyə nəticələri, tendensiyanın təhlili)
Maliyyə uçotu və əlaqədar sistemlər
ACCA, CİMA, CPA diplom üzrə sertifikatlar
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Avant Group MTK
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2528
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə