Mühasib
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
Ali təhsil (mühasib, iqtisadçı)
Minimum 3 il iş stajı;
MS Office proqramlarından istifadə bacarığı;
1C 8.3 proqramı üzrə mükəmməl biliklər.
Vəzifə öhdəlikləri:
Mallar və xidmətlər üzrə elektron qaimələrin yoxlanılması və depoda mövcudluğunun dəqiqləşdirilməsi;
Xidmət qaimələrinin sistemə işlənilməsi və müvafiq uçotun aparılması;
Ay sonu üzləşmələrin aparılması, depoda mövcud olan malların elektron qaimələrlə uyğunluğunun yoxlanılması;
Elektron qaiməsi olmayan mal qalıqlarının və ya rəsmiləşdirilmiş qaimə üzrə mal girişi olmayan halların aşkar edilərək araşdırılması;
3 yaşadək uşağa qulluq məzuniyyətinə çıxan əməkdaşlar üzrə DSMF hesabatlarının hazırlanması və göndərilməsi;
Elektron sənədlərin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
İş şəraiti:
İş yeri: BEGOC Biznes Mərkəzi
İş rejimi: 5 günlük iş həftəsi, 09:00-18:00
Nahar şirkət tərəfində təmin edilir
Tibbi sığorta
Əmək haqqı: 1000 - 1200 AZN (Namizədin təcrübəsindən asılı olaraq)
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi“subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18466
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+