Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 19 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • ƏDV, ÖMV, Əmlak, Muzdlu işlə əlaqədar Vahid bəyannamə hazırlanması və təqdim edilməsi

  • Xərclərin Vergi Məcəlləsinə uyğunluğunun yoxlanması

  • Vergi orqanlarından daxil olan məktubların, sorğuların cavablandırılması.Yoxlama zamanı tələb edilən sənədlərin hazırlanması və təqdim edilməsi

  • Hər ayın sonunda debitor-kreditor hesablarının qalıqlarının uyğunluğunu yoxlamaq

  • Alışların gündəlik və ya aylıq Micro proqramına işlənilməsi

Əsas tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya audit)

  • Müvafiq sahə üzrə təcrübə;

  • Mühasibatlığa dair cari qanunvericilik bilikləri

  • Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel)

  • New.e -taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı

  • PMS, (ACCA F3/FA) – sertifikatlarından birinin mütləq olması

  • Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi

  • Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi.

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik

  • Məsuliyyətlilik

  • Operativlik

  • Nəticə yönümlü

  • Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Maliyyə-mühasibatlıq sahəsi üzrə yerli və beynalxalq sertifikatlar;

  • Micro ERP proqramında işləmək bacarığı.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;

  • 09:00-17:00

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Yemək şirkət tərəfindən;

  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

Müraciət forması:

  • Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Mühasib” yazmaqla qeyd olunan linkə daxil olub göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Sirab Satış və Dağıtım MMC

Sirab Satış və Dağıtım MMC

Other

Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18353

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya