Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Bank ödənişlərinin həyata keçirilməsi;

  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;

  • Müqavilələrin və digər daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması, düzgünlüyünə nəzarət edilməsi;

  • Mühasibat uçotunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;

  • Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;

  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi;

  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;

  • Vergilərin və digər məcburi ödənişlərin hesablanması və ödənilməsi;

  • Mühasibat uçotunun “1C 8.3.” kompüter proqramı vasitəsilə mühasibat uçotunun beynəlxalq standartlarına və uçot qaydalarına uyğun aparılmasında və müxabirləşmələrin verilməsində iştirak edilməsi;

  • Maliyyə uçotunun aparılmasında, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının layihələrinin hazırlanmasında və aidiyyətı üzrə təqdim edilməsində iştirak edilməsi;

  • Kənar audit üçün tələb olunan məlumatların və sənədlərin auditə təqdim edilməsini təmin etmək;

  • Əmlakın və öhdəliklərin inventarizasiyasının həyata keçirilməsində və nəticələrinin rəsmiləşdirilməsində iştirak edilməsi;

  • Rəhbərlik tərəfindən verilən gündəlik (həftəlik, aylıq) işlərin icrasını nəzarətdə saxlanılması.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü üstünlükdür);

  • İş təcrübəsi: müvafiq sahədə minimum 1 il;

  • Peşəkar mühasib sertifikatının olması mütləqdir;

  • Kompüter bilikləri: 1C, MS Office (Excel - yaxşı səviyyədə);

  • İlkin mühasibat uçotu bilikləri;

  • “Internet banking” sistemində işləmək bacarığı;

  • Vergi Məcəlləsi və digər aidiyyəti qanunvericilik üzrə biliklər;

  • Azərbaycan dili, Rus və ingilis dili biliyi

  • ACCA sertifikatlarının olması üstünlükdür

  • Operativlik, dəqiqlik, müştərilərlə ünsiyyət qurma bacarığı, kollektivdə komanda ilə işləmə bacarığı.

İş qrafiki və şərtləri:

  • İş saatları 09:00 - 18:00;

  • Nahar fasiləsi: 13:00 -14:00;

  • Şənbə və Bazar istirahət günü;

  • İş yeri: Bakı, Nəsimi rayonu, Winter Park Plaza;

  • Əmək haqqı: razılaşma yolu ilə.

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini qeyd olunan elektron ünvanına, Mövzu hissəsində Mühasib qeyd etməklə göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Khamsa Insurance and Reinsurance Brokers

Khamsa Insurance and Reinsurance Brokers

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18028

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə