Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Müəssisənin bütün maliyyə və təsərrüfat əməliyyatlarını, o cümlədən mal və xidmətlərin alışı və satışını 1C proqram təminatına əlavə etmək;

  • Bütün əməliyyatları uçot sistemində düzgün əks etdirmək və mühasibat hesabatlarının hazırlanması üçün əsas məlumat bazasını yaratmaq;

  • Müəssisə tərəfindən həyata keçirilən alış və satış əməliyyatları üzrə elektron qaimə-fakturaları Dövlət Vergi Xidmətinin elektron portalında hazırlamaq və göndərmək;

  • E-qaimə əməliyyatlarının 1C proqramında düzgün uçota alınmasını təmin etmək;

  • Hesab-fakturaların sistemə düzgün daxil edilməsinə nəzarət etmək, uyğunsuzluqlar yarandıqda onları aradan qaldırmaq;

  • Yerli və xarici ödənişləri icra etmək;

  • Vergi kargüzarlıq sistemini mütəmadi yoxlamaq, daxil olan məktubları izləmək.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil;

  • Dil biliyi: İngilis dili biliyi;

  • Təhsil: Maliyyə, mühasibat və iqtisadiyyat üzrə ali təhsil.

  • Mühasibat uçotu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;

  • Exceldə mürəkkəb funksiyalarla işləmə bacarığı;

  • 1C proqramlarında sərbəst işləmək bacarığı;

  • E-qaimə-faktura sistemi, E-taxes portalı, E-Tender, statistika portalları ilə işləmə  bacarığı.

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə, pdf şəklində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Necə Müraciət Etmək Olar

İnnovativ Layihələr Mərkəzi

İnnovativ Layihələr Mərkəzi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17991

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya