Mühasib

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 31 may 2026

Təsvir

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkil edilməsi;

  • Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;

  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;

  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartlarına uyğun uçotunun təmin edilməsi;

  • Mal-materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Təhsil: Ali (İqtisadi);

  • İş təcrübəsi: 1-3 il iş təcrübəsi olan;

  • Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili biliyi üstünlükdür;

  • Kompüter bilikləri: 1C 8.3 və MS Office yaxşı səviyyədə.

İş şəraiti:

  • İş saatı: 08:00-dan 17:00-dək;

  • İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);;

  • İş yeri: Matanat A İstehsalat Müəssisəsi (Abşeron rayonu, Masazır qəsəbəsi).

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);

  • Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir;

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15101

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Operator

Tam Ştat

1.     İşlə başlayarkən növbəni təhvil almaq və növbəni təhvil alarkən sistemə vizual baxış keçirmək və aşkar edilmiş qüsurlar barəsində aidiyyatı üzrə xəbər vermək və qüsurun aradan qaldırılmasına nəzarət etmək 2.     İstehsalat avadanlıqlarının və texnoloji xətlərin işinə idarəetmə pultu vasitəsilə nəzarət etmək və onların düzgün, fasiləsiz işləməsini təmin etmək. 3.     İstehsal prosesin gedişini və sitemin işləmə prossesini sxemlər, göstəricilər, siqnallar və cihazlar üzrə izləmək, normadan kənar hallar aşkar edildikdə vaxtında tədbir görmək. 4.     İdaretmə pultu otağında olan cihaz və avadanlıqların sazlığına nəzarət etmək 5.     Avadanlıqların iş rejimlərini idarəetmə pultundan tənzimləmək, temperatur, təzyiq, sürət, məhsul axını kimi parametrləri normada saxlamaq. 6.     Sistemdən kənara çıxma, qəza və nasazlıqlar baş verdikdə dərhal baş opertora və aidiyyatı üzrə şöbə rəhbərlərinə məlumat vermək, təlimata uyğun hərəkət etmək. 7.     Avadanlıqların işə salınması və dayandırılması əməliyyatlarını müəyyən edilmiş ardıcıllıqla və təhlükəsizlik qaydalarına riayət etməklə yerinə yetirmək. 8.     İşə dair jurnalların və qeydiyyat sənədlərinin düzgün aparılmasını təmin etmək (göstəricilərin, siqnalların, nasazlıqların qeydiyyatı və s.). 9.     İdarəetmə pultunun, rabitə vasitələrinin, ölçü cihazlarının və siqnal sistemlərinin saz vəziyyətdə saxlanmasına nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə baş operatora məlumat vermək və lazımi jurnallarda müvafiq qeydlər aparmaqla imzalamaq 10. Texniki təhlükəsizlik, yanğından mühafizə və əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına ciddi əməl etmək, qəza hallarında təlimata uyğun davranmaq. 11. İstehsalat prosesində keyfiyyət və səmərəliliyin artırılması məqsədilə təkliflər vermək, iş rejimlərinin optimallaşdırılmasında iştirak etmək. 12. Növbəni təhvil və təhvilalma zamanı avadanlıqların və pultun vəziyyəti haqqında tam məlumat vermək və qəbul etmək. 13. Sahə üzrə avadanlıqların və ərazinin təmizlənməsinə nəzarət etmək 14. Avadanlıqları işə salımadan öncə  istehsala hazırlığının və təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək 15. İstənilən avadanlıq və ya sistemi işə saldıqda 1 nəfər sahə operatorunun sahədə avadanlıqları və ya sistemi kontrol etdiyindən əmin olmalı və ondan “İşə sal” təsdiqi aldıqdan sonra sistemi təhlükəsiz formada işə salmalı əgər hər hansı təhlükə haqqında şübhə yaranarsa sistemi işə salmamalıdır. 16. Növbəni təhvi aldıqda və ya təhvil verikdə avadanlıqları sahədə tək-tək kontrol etməli, elktriki və mexaniki nasazlıq aşkarlanarsa bu barədə dərhal baş operatora məlumat verməklə lazımi jurnalrda müvafiq qeydlər aparmaqla imzalamalıdır 17. Ona təhkim olunmuş sahədə olan avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin etmək; 18. SƏTƏM qaydalarına əməl etmək 19. Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası 20. Yanğın təhlükəsiziliyi qaydalarına əməl etmək

İxracat üzrə koordinator

Tam Ştat

Gömrük və İxracat işlərinin aparılması (Mənşə sertifikatının alınması, Nəqliyyat CMR sənədləri, bəyannamə və s.); İşgüzar yazışmaların və danışıqların aparılması; Xarici bazarlarda və yaxın qonşu ölkələrlə internet ilə biznes əlaqələrinin qurulması,məlumatların toplanması; Xarici bazarların "Mətanət A" Şirkətinin istehsal etdiyi məhsullara olan tələbatının öyrənilməsi; Xarici ölkələrdəki satış imkanlarının öyrənilməsi; Xarici ölkələrdə məhsulların satışının yüksədilməsi prosesinin nəzarət altında saxlanılması, hesabatının şöbə rəhbərinə təqdim edilməsi; Məhsulun ixracat planlarının yerinə yetirilməsinə nəzarət, məlumatların şöbə rəhbərinə təqdim edilməsi; Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması; İxracat sənədlərinin aparılması,vaxtında rəsmiləşdirilməsi; Sifariştərin qəbulu , icrası , müştərilərə məlumatların verilməsi , daxili prosedur və qaydalar üzrə sifarişləri icra etmək. İş şəraiti: İş yeri: Luxen Plaza; İş qrafiki: 5 günlük; İstirahət: Şənbə və bazar günü; Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik) Şəhərin mərkəzində ofis Peşəkar inkişaf üçün təlimlər və seminarlar. Dinamik və gənc komanda ilə iş imkanı.