Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

  • Şəhər infrastrukturunu daha səmərəli və vətəndaşlar üçün rahat etmək məqsədilə parkinq xidməti üzrə innovativ həllər təqdim edən “AzParking” MMC maliyyə proseslərinin effektivliyinin təmin olunmasına dəstək verəcək peşəkar Mühasib axtarır.

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi

Vəzifə öhdəlikləri:

  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanması və ödənilməsi.

  • Aylıq, rüblük və illik statistika, DSMF  hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunması.

  • Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi.

  • Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması.

  • Mühasibat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi.

  • Mühasibat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi.

  • E-Qaimə və gömrük bəyannamələri ilə bağlı əməliyyatların həyata keçirilməsi.

  • Bank əməliyyatlarının həyata keçirilməsi, təhvil-təslim aktlarının, və hesab-fakturalar hazırlanması.

  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması.

  • Müxtəlif hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi.

  • İş sahəsi üzrə uçot sənədlərinin vaxtında,  düzgün tərtib və təqdim edilməsi.

  • Mühasibat sənədlərinin qeydiyyata alınması.

  • Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada arxivləşdirilməsi.

  • Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada rəhbərliyə təqdim edilməsi.

  • Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunması.

  • Vəzifə səlahiyyətləri çərçivəsində əldə olunan kommersiya sirri təşkil edən məxfi məlumatların qorunmasının təmin edilməsi və bu məlumatların üçüncü şəxslərlə paylaşılmasına yol verilməməsi.

Tələblər

Tələb olunan səriştələr:

  • Maliyyə menecmenti, mühasibat uçotunun təşkili və digər maliyyə yönümlü ixtisas istiqamətləri üzrə ali təhsil

  • e-gov.az, e-taxes.gov.az, e-customs.gov.az- rəsmi dövlət portalları ilə sərbəst işləmək bacarığı

  • Microsoft Office proqramları və 1C proqramı üzrə sərbəst işləmə bacarığı

  • Rus dili (yaxşı səviyyədə), İngilis dili (yaxşı səviyyədə)

  • Analitik düşüncə və təhlil bacarığı

  • Komanda daxilində çalışmaq bacarığı

Biz nə təklif edirik:

  • Karyera yüksəlişi imkanı

  • Rəqabətədavamlı əmək haqqı sistemi

  • Korporativ mədəniyyətə sahib iş mühiti

Qeyd olunan tələblərə cavab verən namizədlər qeyd olunan elektron poçt ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11495

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə