Mühasib
Tam Ştat
Orta Səviyyə
1.160 AZN-dən
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
“Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.
Vakansiya haqqında məlumat:
İstehsalat üzrə aylıq xərclərin uçotunun aparılması və təhlili.
Məhsul və resursların hərəkəti üzrə uçotun aparılması və düzgünlüyünə nəzarət.
Aktiv və bağlanmış istehsalat sahələrinin uçotunun izlənilməsi.
İstehsalat proseslərinin uçotunun aparılması və hesabatların hazırlanması.
Aylıq istehsal olunan malların maya dəyərinin hesablanması
Tələblər
Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
Mühasibatlıq və ya maliyyə üzrə 1-3 il iş təcrübəsi;
Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
Azərbaycan dilində səlis danışıq və yazı; (rus və ingilis dillərini bilməsi üstünlükdür)
MS Office və 1C ERP proqramlarının sərbəst istifadəsi;
İş şəraitinin şərtləri:
Ə/h- 1159,76 AZN gross
5 günlük iş qrafiki
CV-nizi başlıqda "Mühasib" qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azerbaijan Poultry Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11073
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə