Təsvir
İş şəraiti
İş yeri: Bakı şəhəri, Qobu qəsəbəsi
İş qrafiki: 6 günlük iş rejimi
Nəqliyyat imkanı: İnşaatçılar metrosundan Qobu qəsəbəsində yerləşən ofisə servis xidməti mövcuddur.
Əmək haqqı 800 AZN (Namizədin bilik və bacarığına əsasən dəyişə bilər)
Tələblər
Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
Microsoft Office proqramlarını bilmək;
Kompyuterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı)
Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;
Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;
Vəzifə öhdəlikləri
İstehsal olunan məhsulların faktiki maya dəyərinin hesablanması və planlaşdırılan maya dəyəri ilə müqayisəli təhlili.
İstehsal prosesində birbaşa və dolayısı xərclərin məhsul vahidi üzərinə düzgün bölüşdürülməsinin təmin edilməsi.
Məhsul üzrə reçepturaların 1C proqramına düzgün daxil edilməsinə və dəyişikliklərin izlənilməsinə nəzarət.
Mal-material hərəkətinə dair dövriyyə cədvəllərinin yoxlanılması.
Normadan artıq itkilərin və zay məhsulların uçotunun aparılması, rəhbərliyə bu barədə hesabat verilməsi.
Anbarlarda qalıqların inventarizasiya prosesinin təşkili, nəticələrin 1C mühasibat proqramında rəsmiləşdirilməsi.
Elektron Qaimə-Fakturaların tərtibi, daxil olan fakturaların yoxlanılması və təsdiqi.
Müəssisənin debitor və kreditor borclarının mütəmadi üzləşmə aktları əsasında yoxlanılması.
Daxili və xarici audit yoxlamaları üçün lazımi sənədlərin və məlumat bazasının hazırlanması.
Aylıq, rüblük və illik Maliyyə Hesabatlarının hazırlanmasında iştirak.
Rəhbərlik üçün istehsalatın səmərəliliyi barədə xüsusi analitik hesabatların tərtib edilməsi.
Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim olunması
Uyğun namizədlər öz cvlərini “Mühasib” başlığı ilə göstərilən elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlanılsın.
Necə Müraciət Etmək Olar
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10153
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə