Mühafizə Koordinatoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
İş haqqında məlumat:
Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın təhlükəsizliyinin təşkilini və idarə olunmasını təmin edir;
Mühafizə heyətinin fəaliyyətinə rəhbərlik edir, iş bölgüsü aparır və növbə qrafiklərini tərtib edir;
Obyektdə giriş-çıxış rejiminin təşkilinə və nəzarətinə cavabdehdir;
Təhlükəsizlik prosedur və təlimatlarının hazırlanmasını, tətbiqini və icrasına nəzarəti həyata keçirir;
Fövqəladə hallarla bağlı risklərin qiymətləndirilməsini aparır və qabaqlayıcı tədbirlər planı hazırlayır;
Təhlükəsizlik insidentlərinin araşdırılmasını təşkil edir və rəhbərliyə hesabat təqdim edir;
Dövlət qurumları və müvafiq təhlükəsizlik orqanları ilə əlaqələri koordinasiya edir;
Əmək qanunvericiliyinə uyğun olaraq mühafizə heyəti üzrə sənədləşməni təşkil edir.
Namizədə olan tələblər:
Təhlükəsizlik sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
Məhkumluğu və zərərli vərdişləri olmayan
Psixoloji və fiziki cəhətdən sağlam həqiqi hərbi xidmət keçmiş
20-35 yaş arası bəy namizədlər
İngilis dili, rus dili (arzuolunan);
Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
Komandada işləmək bacarığı;
Təzyiq altında işləmək bacarığı;
Maraqlanan namizədlər mövzu bölümündə Mühafizə Koordinatoru*”** yazaraq CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Avropa Azərbaycan Məktəbi
Education
Avropa Azərbaycan Məktəbi (AAM) 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş, Azərbaycanda fəaliyyət göstərən özəl beynəlxalq ümumtəhsil məktəbidir. Məktəb Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir və şagirdlərə müasir, təhlükəsiz və dəstəkləyici mühitdə təhsil alma imkanı yaradır. AAM dövlət məktəblərindən fərqli olaraq, beynəlxalq səviyyədə tanınan xüsusi proqramlar təqdim edir. Bu proqramlara IB (International Baccalaureate) – PYP, Cambridge International Examinations, eləcə də IB Diploma Programme (DP) daxildir. Məktəbin yanaşması innovasiya, yaradıcılıq, mədəniyyətlərarası anlayış və tənqidi düşüncənin inkişafına yönəlib.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13549
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500