Müəllif Nəzarəti
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Müəllif nəzarəti jurnalının tərtibatı və aparılması;
Müəllif nəzarəti üçün əmrlər tərtibatını bilməsi;
Müəssisə, bina və qurğuların tikintisinə layihə təşkilatı tərəfindən müəllif nəzarətinin aparılması qaydaları (AzDTN 1.5-3) bilməsi;
Layihələri oxuma və tikinti obyektinin texnoloji, texniki həllərinin layihələrdəki həllərə uyğunluğunu yoxlama bacarığı;
Tikinti obyektlərində qrafik üzrə müəllif nəzarətini aparmaq, yaranan sualları cavablandırmaq, podrat və subpodrat təşkilatlarla daimi əlaqədə olmaq;
Tikinti materialları, onların sinifi və tətbiq sahələri haqqında kifayət qədər məlumatın olması. Tikinti quraşdırma, texnologiya və təşkili barədə biliklərin olması;
Təmir materiallarının sahədə düzgün tətbiqi haqqında məlumatlı olması;
Elektrik təchizatı və mühəndis komunikasıyası haqqında məlumatlı olması;
Binadaxili su təchizatı, kanalizasiya və yanğın əlehinə sistemlərinin quraşdırılması haqqında məlumatlı olması;
İsitmə, ventilyasiya və havanın kondisialaşdırılması üzrə məlumatlı olması;
Tikinti obyektində sənədlərin aparılması haqqında ümumi məlumatın olması;
Verilən tapşırıqların vaxtında icra etmə bacarığı.
Tələblər
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
Microsoft office və Autocad proqlarından ümumi anlayışı olmalı;
Kollektivdə işləmək bacarığı;
İnşaat norma və qaydalarını bilməli və bu normaların tələblərini layihələrdə nəzərə almalı;
İşində peşəkar və məsuliyyətli olmalı, verilən tapşırığı dəqiq və vaxtında yerinə yetirməyi bacarmalıdır.
Təminatlar:
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
İş qrafiki: 5/2, 09:00-18:00;
İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Endirimli tibb xidməti.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi göstərilən elektron poçtünvanına göndərin.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13429
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+