Layihəçi Memar
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Memarlıq işçi layihələrinin eskiz və layihə tapşırıqları əsasında, qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanması;
Layihələndirmə prosesində konstruksiya, kommunikasiya, texnologiya və yanğın təhlükəsizliyi bölmələri ilə effektiv koordinasiyanın təmin edilməsi;
Memarlıq cizgiləri əsasında material təsnifatının aparılması və konstruktiv düyünlərin detallı işlənməsi;
Baş plan hissələrinin (relyefin təşkili, torpaq kütlələrinin balansı, bölgü planı və s.) hazırlanması və şəhərsalma tələblərinə uyğunlaşdırılması.
Tələblər
Memarlıq ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Tikinti norma və qaydaları üzrə bilik və onların layihələrdə tətbiqi bacarığı;
Tikinti materialları və konstruksiyaların xüsusiyyətləri barədə bilik;
AutoCAD və ArchiCAD proqramlarında sərbəst işləmə bacarığı (digər layihələndirmə proqramları üstünlükdür);
Analitik düşünmə, məsuliyyətlilik və vaxtın effektiv idarə edilməsi;
Layihələrin sahə ilə uyğunlaşdırılması və icrasına nəzarət bacarığı.
Təklif edirik:
Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsinə əsasən müəyyən olunur);
İş qrafiki: 5/2, 09:00 – 18:00;
Korporativ nəqliyyat (Koroğlu metrostansiyasından);
Nahar təminatı;
Endirimli tibbi xidmətlər.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Layihəçi Memar” qeyd etməklə Müraciət Et düyməsində göstərilənelektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13428
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+