Müdir müavini (supermarket)

Bakı

Tam Ştat

Menecer

800 - 1.000 AZN

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 21 aprel 2026

Təsvir

İş rejimi: 6 günlük iş qrafiki/növbəli (07:00 dan-16:00 dək, 14:00 dan-23:00 dək)

Əlavə imkanlar: stabil əmək haqqı və karyera artımı

Ünvan: Bakı şəh., Yasamal ray., Həsən bəy Zərdəbi pr., Melissa yaşayış kompleksi (20 yanvar metrosu yaxınlığı).

İş haqqında

Bəy və ya xanım namizədlər;

Ali təhsil (menecment/satış üzrə üstünlükdür);

Supermarket idarəçiliyi sahəsində MÜTLƏQ təcrübə (min. 2 il);

Liderlik və təşkilatçılıq bacarığı;

Komanda ilə işləmək bacarığı.

Tələblər

Mağaza heyətinin işinin təşkili və idarə edilməsi;

Proseslərə nəzarət və müştəri məmnuniyyətinin təmin olunması;

Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11315

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

İnsan Resursları şöbəsinin rəhbəri

Tam Ştat

Vəzifə öhdəlikləri Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi; İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət; İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması; İR büdcəsinin tərtib olunması və icrasının izlənməsi; Şirkət strukturunun formalaşdırılması və optimal idarə olunması; İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması; İş analizlərinin təşkili və həyata keçirilməsi; Vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsi; Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi; İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması; Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi; Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək, inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək; Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması; Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi. Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili. Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması. Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla). İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi. Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması. Namizədə bağlı tələblər Ali təhsil Yaş: 21-35 Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər Azərbaycan və Rus dillərində səlis danışıq,  İngilis dili biliyi üstünlükdür 1C və ya digər MS proqramlarında işləmək bacarığı MS Excel (pivot table, formullar və s.) bilikləri Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır Məxfilik prinsiplərinə riayət etmə Əlavə qeydlər: İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar günləri istirahət günləridir) Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq CV-lərinizi "İnsan Resursları şöbəsinin rəhbəri" başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Qeyd: Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

Daxili audit və təftiş üzrə menecer

Tam Ştat

İş şəraiti İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir Əməkhaqqı: 3500-4000 AZN İş yeri: “Melissa Group” (Baş ofis) Əsas vəzifə öhdəlikləri Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək; Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək; Sifariş verilən mallarla, təhvil verilən malların uyğunluğunu nəzarətdə saxlamaq; Həftəlik və aylıq satış hesabatı üzrə Firmalarla üzləşmə Aktları tərtib etmək hər iki tərəfə imzalatmaq; Maliyyə hesabatlarının düzgünlüyünü, vergi, mühasibat uçotu və digər normativ-hüquqi aktlara uyğun aparıldığını yoxlamaq; Maliyyə və uyğunluq auditlərinin vaxtında həyata keçirilməsini təmin etmək üçün audit prosesini aktiv şəkildə idarə edilməsi; Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi; Gündəlik olaraq ödənilən vəsaitin təyinatını araşdirib həqiqiliyini yoxlamaq; Borcla bağlı uyğunsuzluqları təsbit etmək, nəticəsini aktlaşdırıb Firma Rəhbərliyinə təqdim etmək; Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir; Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması; Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi; Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması; İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək.

Bakı