Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 22 aprel 2026

Təsvir

Vakansiya haqqında ümumi məlumat:

GreenCity Resort & Residence reklam və təqdimat layihələri üçün səliqəli görünüşə və düzgün danışıq tərzinə malik sima, model axtarır. Seçiləcək namizəd şirkətin müxtəlif xidmətlərinin tanıdılması məqsədilə hazırlanan foto və video çəkilişlərdə iştirak edəcək.

Vəzifə öhdəlikləri :

  • GreenCity Resort & Residence-in reklam və təqdimat çəkilişlərində iştirak etmək

  • Fitness, restoran, toy, banket və s. xidmətlərinin tanıtımı üçün hazırlanacaq foto və video kontentlərdə rol almaq

  • Sosial media və reklam kampaniyaları üçün hazırlanacaq materiallarda iştirak etmək

  • Çəkiliş ssenarisinə uyğun obrazları təbii və estetik şəkildə təqdim etmək

  • Kamera qarşısında sərbəst və peşəkar davranmaq

  • Brendin imicinə uyğun davranış və təqdimat nümayiş etdirmək

  • Çəkiliş komandası ilə koordinasiyalı və məsuliyyətli şəkildə işləmək

İş yeri: Bakı, Şıxov
Əmək haqqı: razılaşma yolu ilə
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Model” qeyd etməklə

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 22 - 27
Tələblər :

  • Səliqəli, baxımlı cəlbedici xarici görünüşə sahib qadın və kişi namizədlər

  • Kamera qarşısında özünü rahat və inamlı təqdim etmə bacarığı

  • Düzgün, səlis və aydın danışıq tərzi

  • Ünsiyyət və təqdimat bacarıqlarının yüksək olması

  • Pozitiv enerji və özünü səhnədə ifadə etmə bacarığı

  • Punktual və məsuliyyətli olmaq

  • Model və ya reklam çəkilişi təcrübəsi üstünlük hesab olunur

Necə Müraciət Etmək Olar

"Green City" MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11196

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Daxili nəzarət və təhlükəsizlik şöbəsinin rəisi

Tam Ştat

Vəzifə öhdəlikləri: * Müəssisədə daxili nəzarət və təhlükəsizlik sisteminin qurulması, tətbiqi və davamlı təkmilləşdirilməsi * Nəzarətçi və mühafizə heyətinin fəaliyyətinin koordinasiyası və effektiv idarə olunması * Ərazi üzrə nizam-intizamın və daxili qaydalara riayət olunmasının təmin edilməsi * Təhlükəsizlik siyasət və prosedurlarının hazırlanması və icrasına nəzarət * Risklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün preventiv və operativ tədbirlərin görülməsi * Struktur bölmələr üzrə planlı və operativ monitorinqlərin həyata keçirilməsi * Nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi * Rəhbərliyə müntəzəm hesabat və analitik məlumatların təqdim edilməsi Tələblər: * Ali təhsil * Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür) * Təhlükəsizlik və daxili nəzarət sistemləri üzrə praktiki biliklər * Yüksək müşahidə qabiliyyəti və operativ qərarvermə bacarığı * Analitik düşünmə və risklərin qiymətləndirilməsi bacarığı * Komanda idarəetmə və liderlik bacarıqları * Prinsipiallıq, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik İşin təsviri: Daxili Nəzarət və Təhlükəsizlik Şöbəsinin Rəisi müəssisədə təhlükəsizliyin, daxili intizamın və nəzarət mexanizmlərinin effektiv təşkilinə cavabdehdir. Vəzifə nəzarət sisteminin proaktiv idarə olunmasını, risklərin operativ aşkarlanmasını və struktur bölmələr üzrə davamlı monitorinqin həyata keçirilməsini nəzərdə tutur. Şöbə rəhbəri eyni zamanda nəzarətçi heyətinin koordinasiyasını təmin edir və rəhbərliyə müntəzəm hesabatlar təqdim edir.

Bakı,, Şıxov