Vakansiya haqqında ümumi məlumat:
GreenCity Resort & Residence reklam və təqdimat layihələri üçün səliqəli görünüşə və düzgün danışıq tərzinə malik sima, model axtarır. Seçiləcək namizəd şirkətin müxtəlif xidmətlərinin tanıdılması məqsədilə hazırlanan foto və video çəkilişlərdə iştirak edəcək.
Vəzifə öhdəlikləri :
GreenCity Resort & Residence-in reklam və təqdimat çəkilişlərində iştirak etmək
Fitness, restoran, toy, banket və s. xidmətlərinin tanıtımı üçün hazırlanacaq foto və video kontentlərdə rol almaq
Sosial media və reklam kampaniyaları üçün hazırlanacaq materiallarda iştirak etmək
Çəkiliş ssenarisinə uyğun obrazları təbii və estetik şəkildə təqdim etmək
Kamera qarşısında sərbəst və peşəkar davranmaq
Brendin imicinə uyğun davranış və təqdimat nümayiş etdirmək
Çəkiliş komandası ilə koordinasiyalı və məsuliyyətli şəkildə işləmək
İş yeri: Bakı, Şıxov
Əmək haqqı: razılaşma yolu ilə
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Model” qeyd etməklə