Middle FullStack Developer
Freelance
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 28 may 2026
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Middle FullStack Developer
vakansiyasıelan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
React.js / Next.js üzrə möhkəm praktiki təcrübə (App Router, Server Actions daxil);
TypeScript ilə rahat işləmə bacarığı;
Node.js əsaslı backend (Express.js və ya Nest.js) və ya Python (FastAPI) üzrə real layihə təcrübəsi;
RESTful API dizaynı, inteqrasiyası və praktiki təhlükəsizlik anlayışı (JWT, OAuth2);
PostgreSQL və ya MongoDB ilə işləmə təcrübəsi;
Docker ilə işləmə və cloud deploy təcrübəsi (Railway, Render, Vercel, AWS);
Unit və ya integration test yaza bilmək (Jest, Vitest, Pytest və s.);
Production mühitində error handling, logging və debugging bacarığı;
Git / GitHub ilə komanda axınına (branching, PR, code review) uyğun iş təcrübəsi;
Ən azı 2-3 müstəqil və ya freelance layihə — startup, şəxsi məhsul və ya müştəri layihəsi;
AI alətlərini (ChatGPT, Cursor, Copilot və s.) gündəlik iş axınında aktiv istifadə etmə.
Tələblər
Komandanın aktiv Süni İntellekt məhsul və layihələri üçün end-to-end full-stack həllərin hazırlanması;
Süni İntellekt alətləri və modelləri ilə inteqrasiya olunmuş istifadəçi interfeyslərinin və API-lərin qurulması;
Sürətli dəyişən startup mühitində müstəqil qərar qəbul edərək layihələrin aparılması ;
Komanda ilə sıx əməkdaşlıq, ideya müzakirəsi və texniki qərarlara töhfə vermək.
Üstünlük sayılacaq:
OpenAI, Anthropic, Gemini və ya oxşar AI API-ləri ilə inteqrasiya təcrübəsi;
LangChain, LlamaIndex və ya agent-based sistemlər haqqında bilik;
Prisma ORM və ya TypeORM ilə işləmə bacarığı;
Startup və ya sürətli inkişaf edən mühitdə komanda təcrübəsi;
GitHub portfolio — canlı linklərlə paylaşıla bilən real layihələr.
Necə Müraciət Etmək Olar
AQA Şirkətlər Qrupu
Other
AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15321
İş Növü
Freelance
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000