Korporativ satış üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 28 may 2026

Təsvir

AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən Digitale Agency şirkəti "Korporativ satış üzrə mütəxəssis" vakansiyasını elan edir:

Rəqəmsal marketinq və reklam sahəsində fəaliyyət göstərən şirkətimizə satış sahəsində təcrübəli, nəticə yönümlü və biznes müştərilərlə effektiv işləmə bacarığı olan əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə əməkdaşlıqların qurulması və davamlı inkişaf etdirilməsi;

  • Agentliyin biznes strategiyalarını aydın şəkildə başa düşmək, hədəfləri təyin etmək və bu məqsədlərə çatmaq üçün fəaliyyət planlarını hazırlamaq;

  • Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək;

  • Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının araşdırılması;

  • Agentliyin xidmətlərinin satış fəaliyyət planlarını həyata keçirmək;

  • Agentlik üçün əsas satış potensialının hədəflənməsi;

  • Gələcək çəkilişləri təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələr qurmaq;

  • Satış planına uyğun fəaliyyət göstərmək və müəyyən edilmiş hədəflərə nail olmaq;

  • Satış prosesinin bütün mərhələlərinin koordinasiyası (danışıqlar, müqavilə, icra və s.);

  • Müştəri ehtiyaclarını analiz edərək uyğun xidmətlərin təqdim edilməsi;

  • Agentliyin üstünlüklərini və imkanlarını izah etmək üçün şirkətlərin nümayəndələri ilə görüşlər keçirtmək;

  • Bazar və rəqib analizləri aparmaq, satış strategiyasının təkmilləşdirilməsi üçün təkliflər vermək;

  • Müştəri məmnuniyyətinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində təşəbbüslər göstərmək.

Tələblər

  • Ali təhsil (biznes, marketinq, idarəetmə və ya iqtisadiyyat sahəsi arzuolunandır);

  • Səlist nitq qabiliyyəti;

  • Korporativ satış və ya layihə idarəetməsi sahəsində minimum 1 il iş təcrübəsi;

  • Yüksək satış qabiliyyəti;

  • Marketing bilikləri;

  • Korporativ əlaqələrin olması;

  • Peşəkar, işgüzar görünüş və təqdimat bacarığı;

  • Azərbaycan dilində sərbəst ünsiyyət (rus və ingilis dili üstünlükdür);

  • Güclü ünsiyyət, təqdimat və razı salma bacarıqları;

  • Məsuliyyətli və diqqətli olmaq;

  • Deadlineları vaxtında çatdırmaq;

  • Aktiv, məsuliyyətli, nəticə yönümlü və komandada işləmə qabiliyyəti;

  • MS Office proqramlarında işləmək bacarığı;

  • İşə qarşı diqqətli və məsuliyyətli olmalı;

  • Vaxtın effektiv idarə olunması və təşəbbüskarlıq.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;

  • İş saatları: 10:00-19:00 (Şənvə və bazar qeyri-iş günü);

  • Əmək haqqı: 700 AZN+ (satışdan bonus)

Necə Müraciət Etmək Olar

AQA Şirkətlər Qrupu

AQA Şirkətlər Qrupu

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15320

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Middle FullStack Developer

Freelance

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Middle FullStack Developer vakansiyasıelan edir. Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır. Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər. Vəzifə öhdəlikləri:  React.js / Next.js üzrə möhkəm praktiki təcrübə (App Router, Server Actions daxil); TypeScript ilə rahat işləmə bacarığı; Node.js əsaslı backend (Express.js və ya Nest.js) və ya Python (FastAPI) üzrə real layihə təcrübəsi; RESTful API dizaynı, inteqrasiyası və praktiki təhlükəsizlik anlayışı (JWT, OAuth2); PostgreSQL və ya MongoDB ilə işləmə təcrübəsi; Docker ilə işləmə və cloud deploy təcrübəsi (Railway, Render, Vercel, AWS); Unit və ya integration test yaza bilmək (Jest, Vitest, Pytest və s.); Production mühitində error handling, logging və debugging bacarığı; Git / GitHub ilə komanda axınına (branching, PR, code review) uyğun iş təcrübəsi; Ən azı 2-3 müstəqil və ya freelance layihə — startup, şəxsi məhsul və ya müştəri layihəsi; AI alətlərini (ChatGPT, Cursor, Copilot və s.) gündəlik iş axınında aktiv istifadə etmə.