Microsoft Dynamics 365 üzrə Təcrübə Proqramı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
Təcrübə proqramı 3 ay müddətində davam edir və dünya miqyasında tanınan Microsoft Dynamics 365 (ERP) sistemi üzrə təlim və praktiki işləri əhatə edir. Proqram çərçivəsində iştirakçılar təcrübəli konsultantların rəhbərliyi altında layihə metodologiyası, ERP sistemlərinin tətbiqi və real layihələrdə komanda işi üzrə bilik və bacarıqlar qazanacaqlar.
İştirakçılar ERP sistemlərinin tətbiqinin əsas prinsipləri, biznes proseslərinin qurulması və sistemdə praktik işlərin aparılması ilə tanış olacaqlar.
Təcrübə proqramını uğurla başa vuran namizədlər arasından ən yaxşı nəticə göstərənlər üçün daimi işlə təmin olunma və real layihələrdə iştirak imkanı yaradılacaq.
Təcrübə proqramı çərçivəsində aşağıdakı modullar və biznes prosesləri öyrədiləcək:
Supply Chain Management – satınalma və təchizat prosesləri;
Inventory Management – anbar və ehtiyatların idarə edilməsi;
Production Management – istehsal planlama və icra;
Finance & Accounting – maliyyə uçotu və hesabatlıq;
Sales Management – satış prosesləri;
Human Capital Management (HCM) – insan resurslarının idarə edilməsi.
Tələblər
İqtisadiyyat, maliyyə, mühasibatlıq, avtomatlaşdırma, kibernetika ixtisasları üzrə bakalavr (4-cü kurs) və magistr tələbələri, həmçinin bu sahələr üzrə yeni məzunlar və karyera istiqaməti dəyişmək istəyən namizədlər;
Analitik düşünmə və mürəkkəb problemlərin həllində səbr və yaradıcılıq;
Rus və ya İngilis dili biliyi (oxuma və yazışma səviyyəsində).
Üstünlükdür:
Biznes analitikası üzrə biliklər (Excel, Power BI, Tableau, QlikView);
Məlumat bazaları üzrə ilkin biliklər;
Müəssisə iqtisadiyyatı və biznes prosesləri haqqında anlayış.
Qeyd: Təcrübə proqramı ödənişsizdir.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Respect Solutions
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5013
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə