Junior ERP Consultant (Microsoft Dynamics 365 – Supply Chain & Finance)
Tam Ştat
Başlanğıc Səviyyə
İş şəraiti:
İş yeri: Bakı
İş qrafiki: Tam ştat / Uzunmüddətli inkişaf proqramı
İş formatı: Ofis
ERP Consultant rolu haqqında:
Junior ERP Consultant rolu Microsoft Dynamics 365 Supply Chain Management və Finance modulları üzrə şirkət layihələrində iştirak edərək biznes proseslərinin analizi, funksional həllərin tətbiqi, sənədləşdirilməsi və dəstək fəaliyyətləri vasitəsilə funksional konsultant kimi inkişaf etməyi hədəfləyir. Bu vakansiya uzunmüddətli karyera inkişafı üçün nəzərdə tutulub.
Vacib qeyd: Bu vəzifənin ilk 12–24 ayı intensiv öyrənmə, metodologiya, sənədləşmə və analitik tapşırıqlar mərhələsidir.
Vəzifə öhdəlikləri:
Digər funksional və texniki konsultantlarla əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətli icrasına dəstək olmaq
Müştəri sorğularının/insidentlərinin araşdırılması və həllində iştirak etmək, xidmət keyfiyyətinin artırılmasına töhfə vermək
Biznes proseslərinin öyrənilməsi, tələblərin toplanması və sistemdə tətbiqinə dəstək
Layihə sənədlərinin hazırlanması və yenilənməsi (təlim materialları, iş təlimatları, proses təsvirləri və s.)
Mövcud proseslərin optimizasiyası və D365-də yeni funksiyaların tətbiqi ilə bağlı tövsiyələrin hazırlanmasında iştirak etmək