Mexaniki sistemlər mühəndisi (HVAC, Su təchizatı və Kanalizasiya)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 13 fevral 2026
Təsvir
**Müəssisə:**AZƏRSUN HOLDINQ MMC
Tələblər
Mexanika mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil.
Tikinti və ya sənaye sahəsində mexaniki işlər üzrə ən azı 3 il təcrübə.
HVAC, su təchizatı, kanalizasiya və digər mexaniki sistemlər üzrə praktik biliklər.
Layihə sənədləri və texniki çertyojlarla işləmə bacarığı.
MS Office və AutoCAD (və ya digər mühəndislik proqramları) üzrə biliklər.
Komanda ilə işləmək, operativ qərar vermək və problemləri çevik həll etmək bacarığı.
Vəzifə öhdəlikləri:
Tikinti və istehsalat proseslərində mexaniki sistemlərin layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət etmək.
HVAC (isitmə, havalandırma və kondisioner), su təchizatı, kanalizasiya, nasosxanalar, sıxılmış hava və digər mexaniki avadanlıqların montaj və istismar işlərini təşkil etmək.
Layihə sənədlərinin və texniki çertyojların tələblərinə uyğun şəkildə işlərin icrasını təmin etmək.
İşçi qüvvəsinin fəaliyyətini koordinasiya etmək və texniki tapşırıqların vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək.
Mexaniki sistemlərin beynəlxalq standartlara, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək.
Layihə sənədlərinin hazırlanmasında və dəyişikliklərin idarə olunmasında iştirak etmək.
Avadanlıqların sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsini təmin etmək.
Aylıq və həftəlik iş hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək.
İş şəraiti:
İş yeri: Cəbrayıl rayonu
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mexaniki sistemlər mühəndisi (HVAC, Su təchizatı və Kanalizasiya) - 27287” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçAzersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4782
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+