Mexaniki İşlər üzrə Supervayzer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Mexaniki quraşdırma işlərinə sahədə gündəlik nəzarət və idarəetmənin həyata keçirilməsi
İş planlarına uyğun olaraq mexaniki işçilər və texniklər arasında tapşırıqların bölüşdürülməsi
HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin düzgün quraşdırılmasının təmin edilməsi
Gündəlik fəaliyyətlərin Mexanika Mühəndisləri və digər sahə komandaları ilə əlaqələndirilməsi
İşlərin keyfiyyətinə nəzarət edilməsi və təsdiq edilmiş çertyojlara və spesifikasiyalara uyğunluğun təmin olunması
Bütün işlərin ƏMƏK TƏHLÜKƏSİZLİYİ (HSE) qaydalarına və təhlükəsiz iş prosedurlarına uyğun icra edilməsinin təmin edilməsi
Mexaniki komandalar tərəfindən alətlərin, avadanlıqların və materialların düzgün istifadəsinə nəzarət edilməsi
Sahədə yaranan problemlərin, gecikmələrin və uyğunsuzluqların müəyyən edilməsi və Mexanika Mühəndisinə məruzə edilməsi
Yoxlamalar, sınaqlar, istismara vermə və qüsurların aradan qaldırılması (snagging) proseslərində dəstək göstərilməsi
Mexaniki iş sahələrində təmizliyin və nizam-intizamın qorunmasının təmin edilməsi
Tələb olunduqda gündəlik işçi qüvvəsinin və işlərin gedişatının qeydiyyatının aparılması
Tələblər
Təhsil:
Mexaniki işlər üzrə texniki və ya peşə təhsili (HVAC, santexnika və ya əlaqəli sahə) üstünlükdür
Xüsusi bilik və bacarıqlar:
Mexaniki quraşdırma işlərinə nəzarət
HVAC, santexnika və yanğınsöndürmə sistemləri üzrə praktik biliklər
İş təcrübəsi:
Mexaniki işlər üzrə minimum 5–10 il iş təcrübəsi
Nəzarətçi (supervayzer) vəzifəsində ən azı 2 il təcrübə
Dil və kompüter proqramları üzrə biliklər (Microsoft Office):
Azərbaycan dili – səlis
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16397
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+