Mexanika Mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 31 yanvar 2026
Təsvir
PAŞA Property Management Mexanika mühəndisi vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Mexaniki sistemlərin (AHU, FAHU, Nəmləndirici, FCU, FF/yanğın söndürmə sistemi, BMS, EPMS və s.) istismar və texniki xidmət proseslərinə nəzarət;
Nasoslar, hidrofor sistemləri, liftlər və qapalı su dövriyyə sistemlərinin fasiləsiz və etibarlı işləməsini təmin etmək;
BMS sistemi üzərindən mexaniki avadanlıqların monitorinqi, idarəedilməsi və arızaların izlənməsi;
Texniki sorğuların və baxım işlərinin inteqrasiya olunmuş texniki idarəetmə platforması üzərindən icrası, izlənməsi və hesabatlandırılması;
EPMS vasitəsilə binadakı bütün sayğacların vahid platformadan izlənilməsi, göstəricilərin vaxtaşırı qeyd olunması və analiz edilməsi;
Preventiv və korrektiv texniki xidmət planlarının (Maintenance Plan) hazırlanması və icrasına nəzarət;
Layihə və texniki cizgilərin oxunması, analizi və ehtiyac yarandıqda yeni cizgilərin çəkilməsi;
Stok səviyyəsinin izlənilməsi, ehtiyat hissələrinin sifarişi və alınma prosesinə nəzarət;
Günlük və aylıq texniki hesabatların hazırlanması, sistemli analiz və təhlil aparılması.
Tələblər
Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə diplom;
Minimum 5 il ofis/ticarət binalarında mexaniki sistemlərin istismarı üzrə təcrübə;
HVAC sistemləri (FCU, AHU, FAHU), nasos, boiler və chillers üzrə praktiki bilik;
Su təchizatı, drenaj və hidrofor sistemləri üzrə bilik;
Texniki çertyoj və sxemləri oxuma bacarığı;
Problemləri operativ həll etmək və komanda ilə işləmək bacarığı;
Layihə və texniki sənədlərlə işləmə təcrübəsi.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
PASHA Property Management
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3603
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə