Mexanik
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və kariyeranızı inkişaf etdirin!
İş barədə məlumat:
Şöbə: Texniki
Ünvan: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
Gündəlik texniki yoxlamaları, texniki qulluq və təmir işlərində iştirak etmək;
Bütün texniki ərazilər, kommunikasiya otaqları, mətbəxlər, camaşırxana, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün texniki xidmət fəaliyyətlərini yerinə yetirməkdə Mexanik qrup rəhbərinə və Baş Mühəndis müavininə köməklik göstərmək
Profilaktik texniki qulluq proqramlarının icrasına kömək etmək
Texniki maşın və avadanlıqların istismarına, kommunal xidmətlərdən istifadəyə nəzarət etmək, enerjiyə qənaət olunmasını təbliğ və təmin etmək, hər hansı uyğunsuzluq və ya pozuntular haqqında rəhbərliyə xəbər vermək
Müvafiq hallarda kənar podratçılar ilə birgə avadanlıqlar və qurğularla bağlı xüsusi layihələrin yerinə yetirilməsinə kömək etmək
Qeydiyyat jurnallarında qeyd edildiyi kimi və ya digər formada tələb olunduqda, bütün hava kondisionerləri və soyuducu avadanlıqların təzyiq, temperatur və digər tələb edilən göstəricilərini qeydə almaq
Boru kəmərlərində qaz sızmaları, buxar sızmaları, su sızmaları, drenaj xətlərində tutulmalar kimi nöqsanların aradan qaldırılması ilə bağlı xidmətləri həyata keçirmək
Çiller qurğuları, su yumşaldıcı qurğular, drenaj nasosları, üzgüçülük hovuzları nasosları və xlorlama filtr sistemləri avadanlıqlarına texniki xidmət və təmir işlərini həyata keçirmək
Tələblər
Müvafiq sahədə iş təcrübəsi;
Səmimi davranış və peşəkar münasibət;
Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti;
İşçinin təminatları:
Qidalanma (işçi yeməkxanasında);
Tabia Group tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazmaqla göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Hilton Garden Inn Baku
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8065
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə