Aşpaz köməkçisi (DCDP)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 5 mart 2026

Təsvir

Şöbə: Mətbəx şöbəsi

Vəzifə öhdəlikləri:

  • Yeməklər və qida məhsullarının tələb edilən standarta uyğun olaraq hazırlanmasını təmin etmək;

  • Hər zaman yeməklərin yüksək keyfiyyətini qorumaq, təqdimatın düzgün şəkildə həyata keçirilməsini təmin etmək;

  • Yeməklərin standartlara uyğun hazırlanması üçün müvafiq təlimatları izləmək;

  • Mətbəxin sanitariya və təhlükəsizlik qaydalarına riayət etmək;

  • Mətbəx avadanlıqlarının və təchizatının düzgün istifadəsini təmin etmək və onları daim təmiz saxlamaq;

  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməyə çalışmaq.

Namizədə dair əsas tələblər:

  • Otel sahəsində iş təcrübəsi üstünlükdür;

  • Aşpazlıq ixtisası üzrə peşə təhsili və ya müvafik sertifikatlar;

  • Çevik iş qrafiklərində işləmək bacarığı;

  • Sanitariya-gigiyena normaları üzrə biliklər;

  • Dil bilikləri: Azərbaycan dili.

İşçinin təminatları:

  • İşçilər üçün yeməklər işçi kafeteriyasında təmin olunur;

  • Hilton otellərində, yalnız özünüz üçün deyil, həm də ailə üzvləriniz və dostlarınız üçün endirimli qalma imkanı, işə başladığınız gündən etibarən!

  • TABİA Group-a aid bir çox otel və SPA mərkəzlərində endirimlər

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Aşpaz köməkçisi” yazmaqla göstərilən mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Necə Müraciət Etmək Olar

Hilton Garden Inn Baku

Hilton Garden Inn Baku

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8064

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Mexanik

Tam Ştat

Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və kariyeranızı inkişaf etdirin! İş barədə məlumat: Şöbə: Texniki Ünvan: Bakı şəhəri Vəzifə öhdəlikləri: Gündəlik texniki yoxlamaları, texniki qulluq və təmir işlərində iştirak etmək; Bütün texniki ərazilər, kommunikasiya otaqları, mətbəxlər, camaşırxana, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün texniki xidmət fəaliyyətlərini yerinə yetirməkdə Mexanik qrup rəhbərinə və Baş Mühəndis müavininə köməklik göstərmək Profilaktik texniki qulluq proqramlarının icrasına kömək etmək Texniki maşın və avadanlıqların istismarına, kommunal xidmətlərdən istifadəyə nəzarət etmək, enerjiyə qənaət olunmasını təbliğ və təmin etmək, hər hansı uyğunsuzluq və ya pozuntular haqqında rəhbərliyə xəbər vermək Müvafiq hallarda kənar podratçılar ilə birgə avadanlıqlar və qurğularla bağlı xüsusi layihələrin yerinə yetirilməsinə kömək etmək Qeydiyyat jurnallarında qeyd edildiyi kimi və ya digər formada tələb olunduqda, bütün hava kondisionerləri və soyuducu avadanlıqların təzyiq, temperatur və digər tələb edilən göstəricilərini qeydə almaq Boru kəmərlərində qaz sızmaları, buxar sızmaları, su sızmaları, drenaj xətlərində tutulmalar kimi nöqsanların aradan qaldırılması ilə bağlı xidmətləri həyata keçirmək Çiller qurğuları, su yumşaldıcı qurğular, drenaj nasosları, üzgüçülük hovuzları nasosları və xlorlama filtr sistemləri avadanlıqlarına texniki xidmət və təmir işlərini həyata keçirmək