Marketing manager (stratejik & kreatif)
Tam Ştat
Şirkətimiz Azərbaycan qənnadı və çörək sənayesində istifadə olunan xammalların ən böyük təchizatçılarından biridir. Məqsədimiz marketinqi sosial media səviyyəsindən çıxarıb bazar yönləndirən funksiyaya çevirməkdir.
Vəzifənin məqsədi
Yeni məhsulların bazar konseptinin qurulması
Müştəri ehtiyaclarının analiz edilməsi və məhsula çevrilməsi
Qida istehsalçıları, şirniyyat sexləri və fabriklər üçün məhsul dəyəri formalaşdırmaq
Şirkəti sadəcə təchizatçı yox, sənaye lideri brendinə çevirmək
Sizin əsas rolunuz
Bu vəzifədə siz post planı yazmayacaqsınız.
Siz bazarın istiqamətini formalaşdıracaqsınız.
Siz nə edəcəksiniz:
Azərbaycan qənnadı və çörək sektorunda bazar araşdırmaları aparmaq
Yeni məhsullar üçün konsept və istifadə ssenariləri hazırlamaq
Müştəri seqmentasiyası və davranış analizləri qurmaq
Müştərilər üçün məhsul təqdimat strukturu yaratmaq (resept, istifadə forması, satış üstünlüyü)
Məhsul portfelini yenidən strukturlaşdırmaq (hansı məhsul kimə satılmalıdır)
Satış komandası üçün satış hekayəsi və təqdimat dili qurmaq
Məhsul kampaniyaları və tanıtım layihələri yaratmaq (sadəcə reklam yox, bazar hadisəsi yaratmaq)
Sərgilər, ustad dərsləri, workshop və B2B tədbirlər konsepti qurmaq
Brend kitabçası, məhsul kataloqları və dizayn istiqamətini formalaşdırmaq
Kreativ komandanı və SMM fəaliyyətlərini idarə etmək (amma əsas işiniz bu olmayacaq)
Aşağıdakı xüsusiyyətlər mütləqdir:
Minimum 5 il marketing təcrübəsi (idarəedici səviyyədə)
B2B sektorunda təcrübə (üstünlük: qida, FMCG və ya distribusiya)
Market research aparma bacarığı
Məhsul konsepti qurma təcrübəsi
Kreativ düşünmə və ideya istehsal etmə bacarığı
Analitik düşünmə və bazar oxuma qabiliyyəti
Komanda idarəetmə təcrübəsi
İngilis dili — mütləq (danışıq və yazı)
Referans təqdim edə bilmə
Üstünlük sayılacaq
Qida sənayesi təcrübəsi
Şeflər, şirniyyat ustaları və ya istehsal fabrikləri ilə işləmə təcrübəsi
Məhsul lansmanı etmiş olmaq
Tədbir və workshop layihələri qurmuş olmaq
Brend quruculuğu təcrübəsi
Biz nə təklif edirik
Böyük bazar payına sahib şirkətdə qərarverici rolda işləmək
Hazır struktur yox — öz marketing sistemini qurmaq imkanı
İdxal və ixrac məhsulları ilə işləmək
Sənaye miqyasında layihələr
Rəhbərlik səviyyəsində qərar proseslərinə daxil olmaq
Rəqabətədavamlı əmək haqqı + bonus sistemi
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.