Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 9 yanvar 2026

Son Tarix: 14 yanvar 2026

Təsvir

  • Sahənin ərazisində yolun cari təmiri ilə məşğul olan məntəqələrdə kiçik maşın və mexanizmlərin hesabatını aparmaq və onların gündəlik təmiri ilə məşğul olmaq;

  • Kiçik maşın və mexanizmlərin işləmə qaydalarını yol briqadirlərinə və yol montyorlarına öyrətmək, AB-2, AB-4 markalı səyyar elektrik stansiyası ilə iş icra olunarkən müvafiq işə nəzarət etmək və yol işçilərinin təhlükəsiz iş mühitini təmin etmək;

  • Yol maşınının hərəkət qrafikini tərtib edərək idarə rəisinin təsdiqinə vermək, əmr üçün müvafiq planları razılaşdırmaq, onun işinə, hərəkətinə nəzarət etmək və icra olunan işləri sənədləşdirmək;

  • Sahənin balansında olan bütün maşın və mexanizmlərin daimi iş prosesini təşkil etmək, kiçik təmirini etmək, onların yanacaq hesabatını aparmaq;

  • İstehsalatda istifadə olunan materialların və ehtiyat hissələrinin alınmasın üçün verilən sifarişi təmin etmək;

  • Təmir arası istifadə olunan alətlərə, onların dözümlülüyünə texniki nəzarət etmək;

  • Avadanlıq və aparatların, ayrı-ayrı detalların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq etmək;

  • Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərəliliyi təmin edən təkliflərin və ixtiraların iqtisadi effektivliyinin əsaslandırılmasında iştirak etmək;

  • Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiya və iş yerlərinin rasionallaşdırılması, ağır həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqi üzrə müvafiq işlərdə iştirak etmək;

  • Müəssisədə öz fəaliyyətinə dair rəhbərliyin qərar və layihələri ilə tanış olmaq, öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;

  • Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və sahənin bütün struktur bölmə nümayəndələrilə qarşılıqlı fəaliyyət həyata keçirmək;

  • Mövcud normativ-hüquqi aktlara əsasən müvafiq sənədləşdirilməni icra etmək;

  • Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;

  • Qatarların hərəkəti və manevr işi haqqında təlimatlara dair biliklər;

  • Təşəbbüskarlıq, problem həll etmə, resursların idarə edilməsi bacarığı.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4413

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Yol montyoru (Samux, Zazalı)

Tam Ştat

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

Tam Ştat

Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını, ADY sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıdlarını yerinə yetirmək, Müvafiq struktur qurumun əsasnaməsini və bu Təlimatı rəhbər tuturaq işini təşkil və müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) üzrə görülən işlərə nəzarət etmək; Müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatlarda SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək, bu sahədə işlərin icra vəziyyətini araşdırmaq, müvafiq qaydada sənədləşdirilməni və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görmək; Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; SƏTƏMM sahəsində səriştəli peşəkar mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması istiqamətində tədris kurslarında, təlimlərdə və məşğələlərdə iştirakları üçün aidiyyəti üzrə təkliflər vermək; Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək; Vəzifə funksiyaları ilə əlaqədar müvafiq struktur qurumun əməkdaşlarına köməklik göstərmək və nəzarəti həyata keçirmək; Qanunvericiliyin tələblərinə əsasən işçi heyətin ADY daxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçirmək, qayda və təlimatlar hazırlamaq, eyni zamanda əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi üçün təmin olunması üçün monitorinqlər keçirmək, çatışmamazlıqların aradan qaldırılması yönündə fəaliyyətləri icra etmək, əmək kollektivinin SƏTƏMM sahəsində maarifləndirilməsi üçün mütəmadi təlimlər keçmək, təlimatların aparılması yaxından iştirak etmək; Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı müvafiq departament rəisinin və Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək; Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə verilən müvafiq əmrə əsasən, lazım gəldikdə onun struktur bölmələrində, attestasiya komissiyasında iştirak etmək.