Merçendayzer
Tam Ştat
Orta Səviyyə
850 AZN-dən
Yerləşdirilib 14 may 2026
Son Tarix: 14 iyun 2026
Təsvir
Ümumi tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Farmakoloji baza bilikləri: (Dərman preparatları və onların kateqoriyaları haqqında biliklər bu sahədə mütəxəssis olduğunuzu göstərir);
Microsoft Office (xüsusilə Excel) proqramında sərbəst hesabat hazırlama bacarığı.
Vəzifə öhdəlikləri:
Aptek və satış nöqtələrində məhsulların şirkət standartlarına uyğun, maksimal görünən (eye-level) nöqtələrdə yerləşdirilməsi;
Şirkətin müəyyən etdiyi planoqramlara əsasən rəf düzülüşünü təmin etmək;
Vitrinlərin vizual cəlbediciliyini və brendin tanınmasını təmin etmək;
Məhsul qalıqlarının gündəlik monitorinqi, çatışmazlıqların (out-of-stock) qarşısının alınması və sifarişin koordinasiyası;
Qiymət etiketlərinin, reklam və promo materialların kampaniya tələblərinə uyğun yenilənməsi;
Məhsulların rəf dövriyyəsinə nəzarət və analitik təkliflərin verilməsi;
Görülən işlər barədə rəhbərliyə foto-hesabatlar və analitik cədvəllər təqdim etmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: 850 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16544
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+