Məlumat mərkəzi operatoru (Call center)
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 23 may 2026
Təsvir
Müştərilərin müraciətlərinin qeydiyyatının aparılması və aidiyyəti üzrə yönləndirilməsi;
Sosial şəbəkələr üzrə daxil olan sorğuların cavablandırılması;
Müştəriyə xidmət, tarif, prosedur və aksiyalar ilə bağlı bütün lazımı məlumatların təqdim edilməsi;
Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq;
Əmək fəaliyyəti növbəli iş qrafiki üzrə 7/24 rejimində təşkil olunur.
Tələblər
Ali təhsil;
Microsoft Office proqramlarının istifadəçi səviyyəsində biliklər;
Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazma qabilliyyəti;
Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır.
Məsuliyyətlilik və inkişafa meyillilik.
Biz Sizə nə təklif edirik
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
Könüllü tibbi sığorta proqramına qoşulma;
Yığım sığortasına qoşulma imkanı;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Necə Müraciət Etmək Olar
Yelo Bank ASC
Finance
Yelo Bank Azərbaycanda fəaliyyət göstərən innovativ kommersiya banklarından biridir. Bank 1994-cü ildə “Nikoil Bank” adı ilə fəaliyyətə başlayıb və sonradan rebrendinq edilərək “Yelo Bank” adı altında müasir və rəqəmsal bankçılıq konsepsiyasına keçid edib. Yelo Bank fərdi və biznes müştəriləri üçün kredit, depozit, kart məhsulları, köçürmələr və digər maliyyə xidmətləri təqdim edir. Bank xüsusilə gənc və rəqəmsal yönümlü yanaşması ilə seçilir. “Yelo App” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn bank əməliyyatları, kredit sifarişi, ödənişlər və hesab idarəetməsi kimi xidmətlər rahat şəkildə təqdim olunur. Yelo Bank innovasiya, sürətli xidmət və müştəri təcrübəsini prioritet hesab edərək Azərbaycanın rəqəmsal bankçılıq sektorunda mövqeyini gücləndirməyə davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17482
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+