Məktəbəqədər təhsil üzrə müəllim (ingilis bölməsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
Şagirdlərin koqnitiv, sosial, fərdi, fiziki və emosional inkişafını planlaşdırmaq və dəstəkləmək.
Dil, savadlılıq və riyazi bacarıqların inkişafına töhfə vermək.
“Kipina” kurikulumuna uyğun təlim məqsədlərinə nail olunmasını təmin etmək.
Şagirdlərin nailiyyətlərini izləmək və gündəlik qeydlər aparmaq.
Həftəlik dərs planları hazırlamaq və tədris üçün lazımi materialları təmin etmək.
Aşkar edilən çatışmazlıqları aradan qaldırmaq üçün tədbirlər görmək.
Dərs və sinifdənkənar fəaliyyətlərdə uşaqlara nəzarət etmək.
Valideynlərlə effektiv kommunikasiya quraraq onların övladlarının inkişafına dair məlumatlandırmaq.
**İş rejimi:**09:30-17:30 (həftədə 36 saat)
Tələblər
Tələb olunan təhsil səviyyəsi:
İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisası üzrə bakalavr dərəcəsi;
Magistratura dərəcəsi üstünlük hesab edilir.
Tələb olunan biliklər:
“Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
Effektiv təlim strategiyaları;
Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki;
İKT, MS Office və müasir təlim texnologiyaları;
Yüksək səviyyədə Azərbaycan dili (C2) və İngilis dili (C1) yazılı və şifahi dil bilikləri.
Tələb olunan səriştəliklər:
Kritik düşünmə;
Problem həll etmə;
Özünü motivə etmə və öyrənmə;
Əməkdaşlıq;
Ədalətlilik və məsuliyyətlilik;
Koçluq, yetişdirmə və inkişaf etdirmə;
Məntiqi təffəkkür;
Planlaşdırma və təşkil etmə.
Tələb olunan bacarıqlar:
Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
Zamanın səmərəli idarəolunması;
Uşaq ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
Effektiv dərs planlaşdırma;
Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
Özü və uşaqlar ilə refleksiya apara bilmə.
Necə Müraciət Etmək Olar
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15990
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə