Məhsul üzrə menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 24 iyun 2026
Təsvir
Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi; Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi; Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
Büdcənin idarə edilməsi və izlənməsi.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;
Rəqabət qabiliyyətli əmək haqqı.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi;
Səlis Azərbaycan, Rus və ya İngilis dili biliyi;
Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
Analitik düşünmə qabiliyyəti;
Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
CİPS sertifikatları arzuolunandır.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18047
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+