Marşrut nəzarətçisi (Bakı şəhəri)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 15 yanvar 2026
Təsvir
Vəzifə öhdəlikləri:
TMS (Transport Management System) vasitəsilə avtobusların A nöqtəsindən B nöqtəsinə hərəkətini real vaxt rejimində izləmək və idarə etmək.
Avtobusların hərəkət cədvəlinə uyğun olaraq vaxtında yola düşməsini və son məntəqəyə çatmasını təmin etmək.
Qrafikdən kənara çıxma, gecikmə və ya tez hərəkət halları yarandıqda TMS üzərindən intervalların tənzimlənməsi, sürətin artırılması və ya azaldılması barədə operativ qərarlar vermək.
Cədvəldə göstərilən vaxtdan tez hərəkət edildikdə dayanacaqda dayanma müddətinin artırılması və ya marşrut üzrə hərəkətin yavaşladılması ilə bağlı müvafiq göstərişlər vermək.
Avtobuslar dayanacaqlara və son məntəqəyə gecikdikdə səbəbləri araşdırmaq və aparıcı mütəxəssisə məlumat vermək.
Marşrut boyu müşahidə olunan dəyişikliklər (yol tıxacları, yol qəzaları, hava şəraiti, yol infrastrukturundakı dəyişikliklər və s.) haqqında məlumat toplamaq və TMS üzərindən hərəkətin düzgün tənzimlənməsini təmin etmək.
Sürücüləri real vaxtda operativ məlumatlarla təmin etmək və düzgün hərəkət üçün təlimatlar vermək.
Zərurət olduqda son məntəqədə avtobusun dayanma vaxtını optimallaşdırmaq və qrafikin bərpa olunmasını təmin etmək.
Marşrut üzrə bütün əməliyyatların şirkətin daxili qaydalarına və təhlükəsizlik standartlarına uyğun aparılmasına nəzarət etmək.
Tələblər
Ali texniki təhsil (mexanika və ya avtomobil nəqliyyatı üzrə)
Nəqliyyat sahəsində və ya marşrut nəzarətində minimum 3 il iş təcrübəsi.
TMS, GPS monitorinq sistemləri və digər nəqliyyat idarəetmə proqramları ilə işləmə bacarığı.
Operativ vəziyyətlərdə qərarvermə, analitik düşüncə və planlaşdırma bacarığı.
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Yüksək məsuliyyətlilik, dəqiqlik və stressə davamlılıq.
Azərbaycan dilində sərbəst danışıq və yazı; rus və ingilis dillərini bilmək üstünlükdür.
İş şəraiti:
Növbəli iş qrafiki.
Peşəkar və mehriban komanda mühiti.
Karyera inkişafı üçün geniş imkanlar.
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Baku Bus
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2964
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə