Marketinq üzrə menecer

Tam Ştat

Menecer

1.500 AZN-dən

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

Marketinq üzrə Menecer

Vəzifə öhdəlikləri:

  • Şirkətin qısa və uzunmüddətli marketinq strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi;

  • Brendin tanınmasının artırılması və bazar mövqeyinin gücləndirilməsi üçün kampaniyaların təşkili;

  • Rəqiblərin, bazar trendlərinin və müştəri davranışlarının mütəmadi təhlili;

  • SMM, Google Ads və digər rəqəmsal kanalların effektiv idarə olunması, performansın ölçülməsi (KPI);

  • Marketinq büdcəsinin səmərəli bölüşdürülməsi və xərclərə nəzarət edilməsi;

  • Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idarəsi;

  • Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi;

  • Dizayn, kopiraytinq və SMM komandasının işinin koordinasiya edilməsi;

  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;

  • Görülən işlərin effektivliyi barədə həftəlik və aylıq analitik hesabatların rəhbərliyə təqdim edilməsi.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)

  • Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;

  • SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;

  • Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;

  • Yaradıcılıq, təşəbbüskarlıq və problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;

  • Stratejik düşünmə və analitika bacarığı;

  • Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;

  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq (rus və türk dilini bilməsi üstünlükdür).

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9594

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya