Marketinq üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri
Şirkətin marketinq planının hazırlanmasında iştirak etmək və icrasının koordinasiyasına dəstək göstərmək.
Reklam kampaniyalarının (online və offline) planlaşdırılması və həyata keçirilməsinə nəzarətdə iştirak etmək.
Sosial media platformaları və digər rəqəmsal kanallar üçün kontent planının hazırlanmasına və idarə olunmasına dəstək vermək.
Marketinq fəaliyyətləri üzrə təchizatçılar, reklam agentlikləri və media tərəfdaşları ilə kommunikasiya qurmaq və iş prosesini koordinasiya etmək.
Marketinq kampaniyalarının nəticələrini izləmək və hesabatların hazırlanmasında iştirak etmək.
Şirkətin məhsul və xidmətlərinin tanıtımı üçün promosyon və PR fəaliyyətlərinin təşkilinə dəstək vermək.
Rəqəmsal platformalarda (sosial media, veb sayt və s.) yerləşdirilən materialların aktuallığını və düzgünlüyünü izləmək.
Bazar araşdırmaları aparmaq və rəqiblərin fəaliyyətini izləmək.
Marketinq materiallarının (banner, broşür, reklam materialları və s.) hazırlanması prosesində iştirak etmək.
Marketinq tədbirlərinin və kampaniyalarının təşkilində iştirak etmək.
Tələblər
Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
Marketinq sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır
Sosial media və rəqəmsal marketinq alətləri haqqında biliklər
Analitik düşünmə və planlaşdırma bacarığı
Ünsiyyət və komanda ilə işləmə bacarığı
MS Office proqramlarında işləmə bacarığı
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Grand Logistics Center
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11193
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə