Ana Səhifə
Vakansiyalar

Marketinq (SMM) üzrə kiçik mütəxəssis/mütəxəssis

Marketinq (SMM) üzrə kiçik mütəxəssis/mütəxəssis

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 14 yanvar 2026

Son Tarix: 14 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, TikTok və s.) idarə olunması və aktiv kontent paylaşımlarının təşkili;

  • Vizual mediaların, kontentin hazırlanması;

  • Rəqəmsal (digital) marketinq strategiyalarının hazırlanmasında və icrasında iştirak;

  • Paylaşımlar üçün mətnlərin hazırlanması və vizual dizaynın koordinatorluğu;

  • Sosial media analitikası və reklam kampaniyalarının (Meta Ads, Google Ads və s.) nəticələrinin izlənilməsi, hesabatların hazırlanması;

  • Auditoriya ilə ünsiyyətin qurulması və brendin imicinin qorunması;

  • Marketinq layihələrinin icrasında və tədbirlərin təşkilində komanda ilə birgə iştirak.

Tələblər

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Jurnalistika və ya əlaqəli sahələr üzrə);

  • SMM və ya rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;

  • Canva, CapCut, Photoshop və ya analoji proqramlarda işləmək bacarığı üstünlükdür;

  • Kreativ düşüncə, trendləri izləmək və yeniliklərə açıq olmaq;

  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili biliyi üstünlükdür.

İş barədə məlumat:

  • Əmək haqqı: 500-700  AZN

  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç.

  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda

  • 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00

CV-lərinizi “Marketinq üzrə kiçik mütəxəssis/mütəxəssis” başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4839

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya