Şirkətlərə Qayıt
MJ Finance

MJ Finance

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

MJ Finance

Baş mühasib

MJ Finance

Tam Ştat
Yüksək Səviyyə

Vəzifə öhdəlikləri: Şirkətin Baş ofisi və filialları üzrə mühasibat uçotunun təşkili, aparılması və düzgünlüyünə nəzarətin təmin edilməsi; Kredit portfeli üzrə uçot məlumatlarının maliyyə hesabatları ilə uzlaşdırılması və yoxlanılması; İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və uçota alınması üçün hazırlanması; Təsərrüfat əməliyyatlarının, gəlir və xərclərin mühasibat uçotunda düzgün, dəqiq və vaxtında əks etdirilməsinin təmin edilməsi; Baş ofis və filiallarda mühasibat prosedurlarına, maliyyə və kassa intizamına riayət olunmasına nəzarət; Ödəniş və hesablaşma əməliyyatlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarət; Pul vəsaitlərinin, əsas vəsaitlərin, maddi və qeyri-maddi aktivlərin inventarizasiyasının aparılması; Əmək haqqı hesablamalarının və ödənişlərinin həyata keçirilməsi; Vergi orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də Statistika orqanlarına hesabatların düzgün və vaxtında təqdim olunmasının təmin edilməsi; Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak; Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət; Maliyyə və vergi hesabatları üçün amortizasiya hesablamalarının düzgünlüyünün təmin edilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət qurumları tərəfindən daxil olan sorğu və hesabatların hazırlanması və təqdim edilməsi.