Marketinq İdarəsi/ Marketinq Kommunikasiyalar şöbəsi/Aparıcı Mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 21 may 2026
Təsvir
“Azərbaycan Hava Yolları” brendinin yerli və xarici bazarlarda tanıdılması və marketinq strateqiyanın hazırlanması
Şirkət üçün prioritet olan şəhərlərdə marketinq araşdırmaları aparmaq
Marketinq və reklam kampaniyalarının ideyadan icraya qədər planlaşdırılması və həyata keçirilməsi;
Marketinq kommunikasiyası kampaniyalarının effektivliyinin ölçülməsi, nəticələrin təhlili və hesabatların hazırlanması;
Ənənəvi media daxil olmaqla kommunikasiya planının icrasına nəzarət edilməsi;
Bazar araşdırmalarının və sorğuların təşkili və nəticələrinin təhlili;
Brend tanınmasının artırılması məqsədilə marketinq planı və tədbirlərinin hazırlanması;
Şirkətin imicinin və nüfuzunun gücləndirilməsi üçün maraqlı tərəflərlə və aviasiya ictimaiyyəti ilə əlaqələrin qurulması və tərəfdaşlığın qorunması;
Marketinq büdcəsinə nəzarət edilməsi;
Ehtiyac yarandıqda komanda üzvlərinin təlimi və inkişafına dəstək verilməsi;
Dizaynerlərlə əməkdaşlıq edərək çap materialları, videolar, stendlər və digər marketinq materiallarının hazırlanması.
Tələblər
Ali təhsil: bakalavr və magistr dərəcəsi;
Müvafiq sahə üzrə minimum 4-5 il, maksimum 10 il iş təcrübəsi;
Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı bacarığı;
MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında sərbəst işləmək bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Danışıqlar aparmaq bacarığı;
Qərarvermə və problem həll etmə bacarığı;
Təqdimat bacarıqları;
Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Komandada işləmək bacarığı.
İş rejimi: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16739
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+