Marketinq Direktoru

Bakı,, Bakıxanov, qəsəbəsi

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 16 fevral 2026

Son Tarix: 16 mart 2026

Təsvir

Komandamız üçün strategiya və yaradıcılığı birləşdirə bilən Marketinq Direktoru axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;

  • Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;

  • Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;

  • Aylıq, rüblük marketinq planın tərtib olunması və icrası

  • Tabeliyində olan komandanın idarə olunması

  • Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;

  • Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idərsi;

  • Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə vebsaytdakı nəticələrin təhlili;

  • Digər şöbələrlə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;

  • Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi;

  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;

​​​​​​​Tələb olunan bilik və bacarıqlar:

  • Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)

  • Rəqəmsal marketinq kanalları ilə işləmə bacarığı (SEO, SEM və s.);

  • Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;

  • SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;

  • Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;

  • Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;

  • Stratejik düşünmə və analitika bacarığı;

  • Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;

  • Effektiv kommunikasiya bacarığı;

  • Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;

  • Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;

  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis dilini bilməsi üstünlükdür).

İş şəraiti:

  • İş saatı: 1-5 günlər 9:00- 18:00

  • Əmək haqqı: Fix və Bonusdan ibarətdir. Bu barədə məlumat müsahibə zamanı açıqlanır.

  • Ünvan: Bakıxanov qəs. Bəşir Bünyadov 3K

Maraqlanan namizlədlər CV nümunələrini qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə "Marketinq Direktor" yazaraq göndərə, və ya +994 51 270 92 27 nömrəsi ilə əlaqə yarada bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8810

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor