Marketing Manager
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
Vəzifənin Məqsədi:
Roof Academic Training üçün bütün müştəri dövriyyəsini əhatə edən strateji, satış yönümlü marketinq təşəbbüslərinə rəhbərlik etmək və onların icrasını təmin etmək. Bu vəzifə kiçik marketinq komandasına rəhbərlik edəcək, həmçinin rəqəmsal və oflayn marketinq fəaliyyətlərini ölçülə bilən biznes nəticələrinə fokuslanmaqla əlaqələndirəcək.
Əsas Vəzifə və Öhdəliklər:
Brend məlumatlılığı, lead yaradılması, müştəri cəlbi, iştirakçılığı və saxlanmasını əhatə edən ümumi marketinq strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək
Rəqəmsal kampaniyalar, kontent strategiyası, brend mövqeləndirməsi və tradisional marketinq təşəbbüsləri daxil olmaqla bütün marketinq fəaliyyətlərinə rəhbərlik etmək
Daxili marketinq komandasını və frilanserləri (məs., rəqəmsal marketinq mütəxəssisi, kopirayter, və s.) idarə etmək və dəstəkləmək
Müştəri ehtiyaclarını, brend imicini və rəqiblərin mövqeyini anlamaq üçün rüblük bazar araşdırmaları etmək və nəticələri marketing strategiyanın formalaşdırılmasında istifadə etmək
Əməliyyat və akademik komandalarla sıx əməkdaşlıq edərək konversiyaya yönəlmiş kampaniyalar yaratmaq və onların ROI nəticələrini izləmək
Satış və Analitika komandaları ilə birgə marketinq və satış göstəricilərinin və hədəflərin analitikasını aparmaq, izləmək və rəhbərliyə hesabat vermək
Marketinq büdcəsinə və büdcənin səmələri istifadəsinə nəzarət etmək
Səndən Gözlədiklərimiz:
Strateji səviyyədə düşünmə və taktiki səviyyədə icra bacarığı
Komanda idarəedilməsi və frilanserlərlə iş təcrübəsi
Marketinq təşəbbüslərinə müstəqil rəhbərlik etmək bacarığı
Performans göstəriciləri (KPI) ilə işləmək və marketinq fəaliyyətlərini biznes nəticələrinə (lead, konversiya, ROI və s.) bağlamaq bacarığı
Şirkət daxili fərqli komandalar ilə əməkdaşlıq bacarığı
Təşəbbüskar olmaq, daim yeni ideyaları sınamaq və testlər əsasında optimallaşdırma aparmaq bacarığı
Tələblər
Minimum 4 il marketinq təcrübəsi, o cümlədən kampaniya idarəçiliyi və funksiyalararası koordinasiya təcrübəsi
Rəqəmsal marketinq mütəxəssisləri və yaradıcı komandalarla işləmək və ya onlara rəhbərlik etmək təcrübəsi
Rəqəmsal alətlər və platformalarla tanışlıq (məsələn, Ads Manager, Google Ads, GTM, e-mail avtomatlaşdırma alətləri və s.)
Güclü analitik bacarıqlar və performans indikatorlarını praktik addımlara çevirmək qabiliyyəti
Marketinq büdcəsinin idarə olunması və xərclərin optimallaşdırılması təcrübəsi
Diqqətlilik və güclü təşkilati bacarıqlar
Üstünlük Verilən Keyfiyyətlər (mütləq deyil):
Təhsil sektorunda və ya gənclərə yönəlmiş brendlərlə iş təcrübəsi
İngilis və Rus dillərində bilik
SEO və kontent marketinq prinsipləri ilə tanışlıq
Müştəri və bazar araşdırması layihələrinin idarə olunması təcrübəsi
İş şərtləri:
Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
İş qrafiki: altı günlük iş həftəsi, 09:00-18:00
İstirahət günü: həftənin bazar günü
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
Maraqlanan namizədlər mövzu hissəsində “Marketing Manager” qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Roof Academic Training
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5016
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə