Marketing Manager

Tam Ştat

Menecer

800 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

Prospect Cloud ERP — Azərbaycanda KOB-lar üçün biznes proseslərini avtomatlaşdıran innovativ bulud ERP platformasıdır. Biz sürətlə böyüyürük və bazarda yeni yanaşmalar formalaşdırırıq.

Komandamıza yalnız kontent paylaşan deyil, böyümə yaradan (growth mindset-li), həm kreativ, həm də performans yönümlü universal marketoloq axtarırıq.

Əgər sən həm düzgün mesajı yarada, həm də onu düzgün auditoriyaya çatdıra bilirsənsə — bu rol sənin üçündür.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası

  • Meta (Facebook & Instagram) platformalarında reklam kampaniyalarının qurulması, optimizasiyası və şkalalanması

  • Hədəf auditoriyanın analizi və düzgün target seqmentlərinin formalaşdırılması

  • Kreativ kontentin (postlar, reklam vizualları, hook-lar, mesajlar) hazırlanması və test edilməsi

  • Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn) effektiv idarə olunması

  • Gündəlik/planlı kontentlərin hazırlanması və paylaşımı

  • Reklam büdcəsinin planlanması və ROI əsaslı idarə olunması

  • Satış komandası ilə birgə işləyərək:

  • lead keyfiyyətinin təhlili

  • funnel optimizasiyası

  • conversion artırılması

  • A/B testlər vasitəsilə reklam və kontent performansının davamlı yaxşılaşdırılması

  • PR yönümlü kontentlərlə brendin “innovativ ERP həlli” kimi mövqeləndirilməsi

Tələblər

  • Meta Ads (Facebook/Instagram) üzrə real praktiki təcrübə və nəticələr

  • Həm targeting, həm də kreativ düşüncə bacarığı (yəni yalnız reklam qurmaq yox, ideya yaratmaq)

  • Dizayn alətlərində işləmə bacarığı (Adobe Photoshop, Illustrator və ya alternativləri)

  • Kontent yazmaq və mesajı düzgün çatdırmaq bacarığı

  • Analitik düşüncə və dataya əsaslanan qərarvermə

  • Funnel, lead generation və performans marketing anlayışı

  • Azərbaycan dilində səlis yazı və danışıq (rus və ingilis dili üstünlükdür)

  • Enerjili, təşəbbüskar və yeni çağırışlara açıq olmaq

  • Komanda ilə işləmək və nəticəyə fokuslanmaq bacarığı

Sənə nə təklif edirik:

  • Sürətlə böyüyən və real bazar problemi həll edən məhsul üzərində işləmək

  • Kreativ ideyalarını test etmək və real nəticə görmək imkanı

  • Marketinqi “post paylaşmaqdan” çıxarıb, real growth engine kimi qurmaq fürsəti

  • Gənc, dinamik və nəticəyönümlü komanda

  • Karyera və şəxsi inkişaf üçün geniş imkanlar

  • Əmək haqqı: 800 - 1400 AZN arası + KPI üzrə  bonus.

  • Prospect Cloud ERP-in yaxın zamanda beynəlxalq bazarlara çıxış strategiyasında aktiv rol almaq imkanı

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Prospect Cloud ERP

Prospect Cloud ERP

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18293

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer