Maliyyə üzrə kiçik mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 4 may 2026
Təsvir
Vakansiya haqqında məlumat:
Aylıq, rüblük və illik iadəetmə hesabatlarının/ Müşahidə Şuranın hesabatlarının hazırlanmasında iştirak etmək;
İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanmasında iştirak etmək;
İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılması, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsində iştirak etmək;
Ay bağlanılması prosesində anbar, satış, alış, və digər əməliyyatların sistemə düzgün işlənilməsinin yoxlanılmasına dəstək göstərilməsi;
Debitor və kreditor borcların yaşlandırılması hesabatının hazırlanması;
Kənar audit, bank və digər orqanların sorğuların vaxtında cavablandırılmasına dəstək olmaq;
Şirkətin rəhbərliyə təqdim olunan gündəlik satış və istehsal yönümlü hesabatların hazırlanmasında iştirak etmək;
Zərurət olduğu hallarda vəzifənin icrası ilə bağlı hazırkı təlimatda əks olunmayan tapşırıqları həyata keçirmək, rəhbərlik tərəfindən cəlb olunmuş digər işləri vaxtında və düzgün icra etmək.
Vəzifəyə dair tələblər:
Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması arzuolunandır);
ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür (qeyd olunan sertifikatları hələ əldə etməmiş namizədlərin bu mövzularda bilgili olması isə mütləqdir);
Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, ingilis dilində orta səviyyədə yazı bacarığı, mühasibat uçotu və maliyyə terminlərini bilməsi;
MS Office proqramlarından istifadə (xüsusilə MS Excel);
Analitik düşüncə qabiliyyətinin olması;
Çeviklik və yeniliklərə uyğunlaşma bacarığı;
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı olmaldıır.
İş şəraitinin şərtləri:
İş qrafiki: 09:00-18:00;
İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )
Ə/h müsahibə əsasında təyin olunur.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına mövzuda Maliyyə üzrə kiçik mütəxəssis yazaraq, əməkhaqqı istəyinizi göstərməklə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Azerbaijan Poultry Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14373
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə