Hüquq məsləhətçisi
Tam Ştat
Orta Səviyyə
700 AZN-dən
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
Vakansiya haqqında məlumat:
Şirkətin qanunauyğun fəaliyyətini təmin edən qaydaların və proseduralara hüquqi rəy verilməsi;
Hakimiyyət dairələri və tənzimləyici orqanlarla əlaqələrin saxlanması;
Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmələrdə müdafiə etmək;
Hüquqi sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması;
Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək
Hüquqi rəylərin hazırlanması və məsləhətlərin verilməsi;
Hüquqi sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək;
İcra işlərinin reyestrinin aparılması, icra işləri üzrə qanunvericilikdə müəyyən edilmiş hüquqi tədbirlərin görülməsi;
Şirkətin fəaliyyətinin hüquqi məsələlərində Hüquq şöbəsinin müdirinin göstəriş və tapşırıqlarını vaxtında yerinə yetirmək;
Şirkətin məhkəmə işlərinin aparılması və məhkəmə qərarlarının icrasının təqib edilməsi, o cümlədən iddiaların, ərizələrin, vəsatətlərin və s. sənədlərin hazırlanması, məhkəmə qərarlarından şikayətlərin verilməsi, məhkəmədə təmsilçilik, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra orqanları ilə ünsiyyətin saxlanması
Vəzifəyə dair tələblər:
Ali hüquq təhsili;
1 il müvafiq sahə üzrə iş təcrübəsi ;
İngilis dili biliyi arzuolunandir;
MS Office proqramlarından istifadə qabiliyəti;
Nizam-intizamlı, məsuliyyətli, stressə davamlı;
Komanda şəklində işləmək bacarığı;
Əməkhaqqı: 700 AZN
Vakansiyaya uyğun olan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına mövzuda Hüquq məsləhətçisi yazaraq göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Azerbaijan Poultry Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13561
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə