Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Maliyyə analizi/investisiya

Maliyyə mütəxəssisi (Sumqayıt, istehsalat sahəsi)

Maliyyə mütəxəssisi (Sumqayıt, istehsalat sahəsi)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 21 may 2026

Təsvir

İş qrafiki: 5 günlük / saat 09:00 – 18:00
İşin təsviri:

  • Müəssisənin gündəlik maliyyə əməliyyatlarının idarə olunması və nəzarəti

  • Gəlir və xərclərin uçotunun aparılması, maliyyə axınlarının planlaşdırılması

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması

  • Büdcənin tərtibi və icrasına nəzarət, kənarlaşmaların təhlili

  • İstehsalat xərclərinin (maya dəyəri) hesablanması və optimallaşdırılması

  • Pul vəsaitlərinin hərəkətinin (cash flow) izlənməsi və proqnozlaşdırılması

  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasına nəzarət

  • Audit proseslərində iştirak və sənədlərin hazırlanması

  • Rəhbərliyə analitik maliyyə hesabatlarının təqdim edilməsi

  • Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması üzrə təkliflər verilməsi

  • ERP və mühasibat proqramlarında məlumatların düzgünlüyünə nəzarət

  • Digər şöbələrlə koordinasiyalı işin təşkili

Tələblər

  • Maliyyə və mühasibat sahəsində Ali təhsil

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi

  • ACCA F3 sertifikatının olması

  • 1C və MS Office proqramlarında işləmə bacarıqları

  • Analitik düşünmə qabiliyyəti

  • Detallara diqqətli olması

  • Komandada işləmə bacarıqları

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Maliyyə mütəxəssisi (Sumqayıt, istehsalat sahəsi)” qeyd edib göstərilən elektron poçt ünvanına göndərəsiniz.

Necə Müraciət Etmək Olar

Embawood MMC

Embawood MMC

Manufacturing

Embawood MMC Azərbaycanda fəaliyyət göstərən ilk milli mebel brendlərindən biridir və əsası 1996-cı ildə qoyulub. Şirkət müştəriyönümlü strategiyanı əsas prinsip kimi seçərək ev və ofis üçün müxtəlif üslubda mebel məhsullarının istehsalı və satışını həyata keçirir. Embawood müasir dizayn, geniş model-rəng seçimi və satışdan sonrakı xidmətin inkişafı ilə bazarda tanınan brendlərdən biri hesab olunur. Şirkətin rəsmi məlumatına görə Embawood MMC Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15A ünvanında fəaliyyət göstərir və VÖEN məlumatı da qeyd olunub. Eyni zamanda Azərbaycanın Masallı, Xırdalan və Sumqayıt şəhərlərində, eləcə də Ukrayna və Gürcüstan da daxil olmaqla ümumilikdə 5 fabriki mövcuddur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14479

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Smeta mühəndisi

Tam Ştat

İş şəraiti İş qrafiki: 6 günlük / 09:00 – 18:00 İş yeri: Bakı, Azərbaycan Vakansiyaya aid tələblər: Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi Tikinti materiallarının və xidmətlərin bazar qiymətlərinin araşdırılması Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi Smeta sənədlərinin müvafiq normativlərə (SNİP, DBN, ARSM və s.) uyğun tərtib edilməsi Layihənin maliyyə dəyərləndirilməsinin aparılması və büdcənin optimallaşdırılması Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması Tikinti sahəsində görülən işlərin smeta sənədləri ilə uyğunluğunun yoxlanılması Azər Tikinti Normativləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma , Tikinti qanunvericiliyi və tikinti normaları və qaydalarına dair biliklərin olması Layihə çertyojları və texniki spesifikasiyalar əsasında yerinə yetiriləcək işlərin həcmini düzgün təyin etmə bacarığı Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili Vahid qiymət analizləri Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi Tikintinin gedişatı üzrə texniki işlərin görülməsi (sənədlərin hazırlanması)