Smeta mühəndisi
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
İş şəraiti
İş qrafiki: 6 günlük / 09:00 – 18:00
İş yeri: Bakı, Azərbaycan
Vakansiyaya aid tələblər:
Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi
Tikinti materiallarının və xidmətlərin bazar qiymətlərinin araşdırılması
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
Smeta sənədlərinin müvafiq normativlərə (SNİP, DBN, ARSM və s.) uyğun tərtib edilməsi
Layihənin maliyyə dəyərləndirilməsinin aparılması və büdcənin optimallaşdırılması
Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması
Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması
Tikinti sahəsində görülən işlərin smeta sənədləri ilə uyğunluğunun yoxlanılması
Azər Tikinti Normativləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma , Tikinti qanunvericiliyi və tikinti normaları və qaydalarına dair biliklərin olması
Layihə çertyojları və texniki spesifikasiyalar əsasında yerinə yetiriləcək işlərin həcmini düzgün təyin etmə bacarığı
Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması
İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması
İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi
Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi
Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi
Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması
Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması
Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili
Vahid qiymət analizləri
Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi
Tikintinin gedişatı üzrə texniki işlərin görülməsi (sənədlərin hazırlanması)
Tələblər
Resurs, Smeta az və Lokal smetada işləmək bacarığı vəya məlumat olması mütləqdir
İnşaat mühəndisi ixtisası üzrə bakalavr dərəcəsi
İnşaat sahəsində ən azı 3 il iş təcrübəsi
İnşaat proqramlarında işləmək bacarığı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Smeta mühəndisi” qeyd edib qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
Necə Müraciət Etmək Olar
Embawood MMC
Manufacturing
Embawood MMC Azərbaycanda fəaliyyət göstərən ilk milli mebel brendlərindən biridir və əsası 1996-cı ildə qoyulub. Şirkət müştəriyönümlü strategiyanı əsas prinsip kimi seçərək ev və ofis üçün müxtəlif üslubda mebel məhsullarının istehsalı və satışını həyata keçirir. Embawood müasir dizayn, geniş model-rəng seçimi və satışdan sonrakı xidmətin inkişafı ilə bazarda tanınan brendlərdən biri hesab olunur. Şirkətin rəsmi məlumatına görə Embawood MMC Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15A ünvanında fəaliyyət göstərir və VÖEN məlumatı da qeyd olunub. Eyni zamanda Azərbaycanın Masallı, Xırdalan və Sumqayıt şəhərlərində, eləcə də Ukrayna və Gürcüstan da daxil olmaqla ümumilikdə 5 fabriki mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13241
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+