Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Maliyyə analizi/investisiya

Maliyyə məsələləri üzrə Müşahidə Şurası sədrinin müşaviri

Maliyyə məsələləri üzrə Müşahidə Şurası sədrinin müşaviri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

Əsas məqsəd: Müşahidə Şurası sədrini maliyyə strategiyası, hesabatlılıq və risklərin idarə olunması üzrə analitik və operativ məlumatlarla təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları)-ə uyğun hazırlanmasına və təhlilinə nəzarət

  • Büdcələşdirmə, proqnozlaşdırma və maliyyə planlama proseslərinin koordinasiyası

  • Müşahidə Şurası üçün təqdim edilmiş hesabatların yoxlanılması və rəy verilməsi

  • Maliyyə göstəricilərinin (KPI) müntəzəm monitorinqi və Müşahidə Şurasına hesabatların təqdim edilməsi

  • Data analitika əsasında qərarvermə üçün analitik arayış və təqdimatların hazırlanması

  • Maliyyə risklərinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi

  • Müşahidə Şurasına təqdim edilmiş layihələrlə bağlı rəyin verilməsi

  • Vergi uçotunun təşkili ilə bağlı təkliflərin verilməsi

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi

  • IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə bilik və praktiki tətbiq təcrübəsi

  • Vergi qanunvericiliyi və maliyyə hesabatlılığı üzrə güclü biliklər

  • Data analitika və maliyyə modelləşdirmə bacarıqları

  • Excel, Power BI və oxşar alətlərdə yüksək səviyyədə işləmə bacarığı

  • Beynəlxalq sertifikatlar (ACCA, CFA və s.) üstünlükdür

Uyğun namizədlər CV-lərini mövzu hissəsində Maliyyə məsələləri üzrə Müşahidə Şurası sədrinin müşaviri qeyd etməklə qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18062

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya