Maliyyə məsələləri üzrə Müşahidə Şurası sədrinin müşaviri
Əsas məqsəd: Müşahidə Şurası sədrini maliyyə strategiyası, hesabatlılıq və risklərin idarə olunması üzrə analitik və operativ məlumatlarla təmin etmək.
Vəzifə öhdəlikləri:
Maliyyə hesabatlarının IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları)-ə uyğun hazırlanmasına və təhlilinə nəzarət
Büdcələşdirmə, proqnozlaşdırma və maliyyə planlama proseslərinin koordinasiyası
Müşahidə Şurası üçün təqdim edilmiş hesabatların yoxlanılması və rəy verilməsi
Maliyyə göstəricilərinin (KPI) müntəzəm monitorinqi və Müşahidə Şurasına hesabatların təqdim edilməsi
Data analitika əsasında qərarvermə üçün analitik arayış və təqdimatların hazırlanması
Maliyyə risklərinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi
Müşahidə Şurasına təqdim edilmiş layihələrlə bağlı rəyin verilməsi
Vergi uçotunun təşkili ilə bağlı təkliflərin verilməsi