Maliyyə departamentində Baş mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 fevral 2026

Son Tarix: 16 mart 2026

Təsvir

İşin qısa təsviri:

  • Şirkətin maliyyə hesabatlarının düzgün, şəffaf və vaxtında hazırlanmasını təmin etmək, istehsal fəaliyyətinin maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə analitik dəstək göstərmək.

Əsas vəzifə və məsuliyyətlər:

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;

  • Mənfəət və zərər hesabatı, balans və pul vəsaitlərinin hərəkəti hesabatlarının tərtibi və təhlili;

  • IFRS və ya milli uçot standartlarına uyğun uçot siyasətinin tətbiqinə nəzarət;

  • Hesab qalıqlarının düzgünlüyünün yoxlanılması və uzlaşdırmaların aparılması;

  • Konsolidasiya prosesində iştirak və konsolidə edilmiş hesabatların hazırlanması;

  • Daxili və xarici audit proseslərində iştirak, auditor sorğularının cavablandırılması;

  • Birbaşa və dolayı xərclərin strukturunun təhlili və optimallaşdırılması üzrə təkliflərin verilməsi;

Tələblər

Təhsil:

  • Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;

Təcrübə:

  • Minimum 5 il maliyyə sahəsində iş təcrübəsi;

  • İstehsal sektorunda təcrübə üstünlükdür;

Texniki biliklər:

  • IFRS bilikləri – mütləq;

  • SAP (FI, CO modulları) – üstünlük;

  • Yüksək səviyyədə Excel bilikləri;

  • Power BI ilə işləmə bacarığı;

Sertifikatlar:

  • ACCA, CPA, CFA və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür;

Dil bilikləri:

  • Azərbaycan dili – ana dili;

  • İngilis və rus dili – arzuolunandır;

Şəxsi keyfiyyətlər:

  • Analitik düşünmə və hesabat hazırlama bacarığı;

  • Təqdimat bacarığı;

  • Yüksək məsuliyyətlilik;

  • Detallara diqqət;

Necə Müraciət Etmək Olar

Baku Steel Company

Baku Steel Company

Other

Baku Steel Company (BSC) Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavodun rəsmi açılışı 23 iyun 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Şirkət Azərbaycan metallurgiya sənayesində əsas istehsalçılardan biri kimi polad məhsullarının istehsalı ilə məşğuldur. BSC ölkənin qeyri-neft sektorunda iri ixracatçı və vergi ödəyicilərindən biri kimi fəaliyyət göstərir və dayanıqlı inkişaf prinsiplərinə xüsusi diqqət ayırır. Şirkət müasir texnologiyaların tətbiqi, keyfiyyət standartları və istehsal proseslərinin təkmilləşdirilməsi istiqamətində davamlı şəkildə inkişaf etməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9040

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Dispetçer (axşam növbəsi)

Tam Ştat

Axşam növbəsində şirkətin nəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz, təhlükəsiz və düzgün təşkilini təmin etmək. Sürücülərlə koordinasiya, texniki xidmət müddətlərinin izlənməsi, sifarişlərin nəzarətdə saxlanılması, sənədləşmə, gecikmə və nasazlıqlara operativ reaksiya göstərilməsi və hesabatların hazırlanması vəzifənin əsas hissəsidir. Bu vəzifə nəqliyyat logistikası və dispetçer xidməti sahəsində inkişaf etmək istəyən namizədlər üçün yaxşı başlanğıc imkanı yaradır. Vəzifə öhdəlikləri: Axşam növbəsində nəqliyyat vasitələrinin hərəkətinə real vaxtda nəzarət etmək Sürücülərlə davamlı əlaqə saxlamaq və marşrutların icrasını izləmək Gecikmə, nasazlıq, qəza və fövqəladə hallar barədə operativ məlumat vermək Dispetçer jurnalında və sistemdə qeydiyyatları dəqiq və vaxtında aparmaq Marşrut planından kənarlaşmaları sənədləşdirmək Sürücülərin reysə buraxılması üçün sənədləri yoxlamaq Texniki baxış müddətlərini izləmək və vaxtı çatmış xidmətlərlə bağlı məlumatlandırmaq Sifarişlərin yaradılması və statuslarının izlənməsi Yanacaq sərfiyyatı və istismar üzrə ilkin məlumatları toplamaq İşçi və sürücü heyətinin qrafiklərinə gecə növbəsində riayət olunmasına nəzarət Ezamiyyətlərin axşam vaxtı koordinasiyası və sənədləşməsi Yol hərəkəti qaydalarına və təhlükəsizlik normalarına riayət olunmasına nəzarət Gündəlik / həftəlik / aylıq hesabatların hazırlanması və təqdim olunması