Dispetçer (axşam növbəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Axşam növbəsində şirkətin nəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz, təhlükəsiz və düzgün təşkilini təmin etmək. Sürücülərlə koordinasiya, texniki xidmət müddətlərinin izlənməsi, sifarişlərin nəzarətdə saxlanılması, sənədləşmə, gecikmə və nasazlıqlara operativ reaksiya göstərilməsi və hesabatların hazırlanması vəzifənin əsas hissəsidir.
Bu vəzifə nəqliyyat logistikası və dispetçer xidməti sahəsində inkişaf etmək istəyən namizədlər üçün yaxşı başlanğıc imkanı yaradır.
Vəzifə öhdəlikləri:
Axşam növbəsində nəqliyyat vasitələrinin hərəkətinə real vaxtda nəzarət etmək
Sürücülərlə davamlı əlaqə saxlamaq və marşrutların icrasını izləmək
Gecikmə, nasazlıq, qəza və fövqəladə hallar barədə operativ məlumat vermək
Dispetçer jurnalında və sistemdə qeydiyyatları dəqiq və vaxtında aparmaq
Marşrut planından kənarlaşmaları sənədləşdirmək
Sürücülərin reysə buraxılması üçün sənədləri yoxlamaq
Texniki baxış müddətlərini izləmək və vaxtı çatmış xidmətlərlə bağlı məlumatlandırmaq
Sifarişlərin yaradılması və statuslarının izlənməsi
Yanacaq sərfiyyatı və istismar üzrə ilkin məlumatları toplamaq
İşçi və sürücü heyətinin qrafiklərinə gecə növbəsində riayət olunmasına nəzarət
Ezamiyyətlərin axşam vaxtı koordinasiyası və sənədləşməsi
Yol hərəkəti qaydalarına və təhlükəsizlik normalarına riayət olunmasına nəzarət
Gündəlik / həftəlik / aylıq hesabatların hazırlanması və təqdim olunması
Tələblər
Təhsil:
Orta ixtisas təhsili (Nəqliyyat, Logistika və ya oxşar sahə).
Ali təhsil üstünlükdür.
Təcrübə:
minimum 1 il dispetçer xidməti və ya nəqliyyat/logistika sahəsində iş təcrübəsi
Bilik və bacarıqlar
MS Office (xüsusilə Excel, Word və Outlook) sərbəst istifadəçisi – dəyərləndirmə zamanı imtahan edilir
Nəqliyyat vasitələrinin iş prinsipi və əsas texniki xüsusiyyətləri.
Yol hərəkəti qaydaları və daşınma təhlükəsizliyi normaları.
Texniki xidmət və istismar haqqında anlayış.
Analitik düşüncə və operativ qərar vermək bacarığı.
Stressə davamlılıq və fövqəladə hallarda idarəetmə bacarığı.
Komanda ilə işləmə, koordinasiya və ünsiyyət bacarıqları.
Dil bilikləri:
Azərbaycan dili — sərbəst.
İngilis və ya rus dilləri — arzuolunandır.
Xüsusi tələblər
Dəqiq və məsuliyyətli iş yanaşması.
Dəyişkən və intensiv iş rejiminə uyğunlaşma bacarığı.
Sənədləşmə və hesabatlarla işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Baku Steel Company
Other
Baku Steel Company (BSC) Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavodun rəsmi açılışı 23 iyun 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Şirkət Azərbaycan metallurgiya sənayesində əsas istehsalçılardan biri kimi polad məhsullarının istehsalı ilə məşğuldur. BSC ölkənin qeyri-neft sektorunda iri ixracatçı və vergi ödəyicilərindən biri kimi fəaliyyət göstərir və dayanıqlı inkişaf prinsiplərinə xüsusi diqqət ayırır. Şirkət müasir texnologiyaların tətbiqi, keyfiyyət standartları və istehsal proseslərinin təkmilləşdirilməsi istiqamətində davamlı şəkildə inkişaf etməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9191
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+